PDF Oxu

Siyasət

  • 156

Eldar İbrahimov: "Bakı-2017" İslam aləmində həmrəyliyə böyük töhfə verəcək” MÜNASİBƏT

Eldar İbrahimov: "Bakı-2017" İslam aləmində həmrəyliyə böyük töhfə verəcək” MÜNASİBƏT

"IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. Hazırkı şəraitdə İslam həmrəyliyinin zəruri olduğunu deyən komitə sədri söyləyib ki, məhz həmrəylik sayəsində müsəlman dünyasında münaqişələri, problemləri həll etmək, qarşılıqlı əlaqələri daha da genişləndirmək mümkündür: "Azərbaycan İslam, müsəlman dünyasının ən önəmli mərkəzlərindən biridir. Ölkəmiz hər zaman İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Bu baxımdan Bakıda İslam oyunlarının keçirilməsi bütün müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir".E. İbrahimov qeyd edib ki, Azərbaycan İslam oyunlarına ev sahibliyi etməklə, dünyada daha bir uğura, zəfərə imza atacaq: "İstər ölkə Prezidenti İlham Əliyev, istərsə də birinci vitse-prezident Mehriban xanım Əliyeva İslam Oyunlarının Azərbaycanda keçirilməsi üçün böyük əmək və zəhmət sərf ediblər. Oyunların bu cür yüksək səviyyədə baş tutması və keçirilməsi də ilk növbədə onların adı, zəhməti ilə bağlıdır. Əminik ki, İslam Oyunları hələ uzun illər yaddaşlarda dərin və silinməz izlər buraxmaqla yanaşı, İslam aləmində birliyin və həmrəyliyin möhkəmləndirilməsinə böyük töhfə verəcək".Azərbaycanın dünyada hər bir sahədə dialoq, əməkdaşlıq məkanına çevrildiyini vurğulayan komitə sədri əlavə edib ki, son illər ölkəmizdə beynəlxalq və regional miqyaslı bir sıra nüfuzlu tədbirlərin, forumların, idman və musiqi yarışlarının keçirilməsi Azərbaycanın inkişafının, dünyadakı nüfuzunun, sabitlik adası olmasının əyani göstəricisidir: " Əgər Azərbaycanda inkişaf, tərəqqi, sabitlik olmasaydı, bu cür nüfuzlu tədbirlərə, yarışmalara ev sahibliyi edə bilməzdi. Bütün bunlar Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olub".

sia.az

Digər xəbərlər