PDF Oxu

Siyasət

  • 240

Uğursuz erməni təxribatı

Uğursuz erməni təxribatı

Sarkisyanın uçurum kənarında süni manevrləri

Son günlər cəbhə xəttində baş vnrən təxribatlar onu göstərir ki, Ermənistan tərəfi destruktiv xarici siyasətindən və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olmaqdan vaz keçmir. Ancaq Ermənistanın pozucu mövqe tutması üzündən keçirilən görüşlər baş tutmur. Bu da, səbəbsiz deyil. Çünki Ermənistanın haqsız mövqedə olduğu hamıya məlumdur və artıq erməni diplomatiyası tutarlı arqument gətirə bilmir.

Beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə işğalçı erməni ordusunun Azərbaycan ərazilərindən çıxarılması vacib şərt kimi vurğulanır. Ancaq Ermənistan əsassız və həyasız formada həqiqəti ört-basdır etməyə çalışsa da, artıq çox gecdir. Azərbaycan diplomatiyası kifayət qədər konkret faktlarla nəyin nə olduğunu dünyaya sübut edib. Onlardan bəzilərini xatırlatmaq kifayətdir.

Faktlar, dəlillər, sübutlar...

2014-cü ilin sonlarında Parisdə prezidentlərin görüşündən sonra Ermənistanın işğalçı ordusunun bölmələri təmas xəttində dalbadal təxribatlara əl atdılar. Nəticədə, Azərbaycanın mülki əhalisi arasında itkilər oldu, maddi ziyan dəydi. Bakı bir neçə dəfə düşməni sakitliyə dəvət etdi və atəşkəs rejiminə əməl etməyə çağırdı. Buna əhəmiyyət verməyən Ermənistanın təcavüzkar ordusuna qarşı Azərbaycan əks-həmləyə keçməyə məcbur oldu. Apreldə baş verən bu hadisə nəticəsində ermənilər ağır itki verərək, geri çəkildilər. Ancaq 6 nəfər azərbaycanlı mülki şəxs həyatını itirdi, 33 nəfər yaralandı. Bir sıra yaşayış yerlərinə, dövlət əhəmiyyətli obyektlərə, məktəb və uşaq bağçalarına ciddi zərər dəydi. Aprelin 5-də atəşkəs əldə edildi, lakin həmin ayın 26-27-də yenidən erməni tərəfi mülki əhalini ağır artilleriya atəşinə tutdu.

Göründüyü kimi, bu faktları daha da artırmaq olar. Bu reallıqları ört-basdır edən Ermənistan rəhbərliyi Dağlıq Qarabağda erməni ordusunun verdiyi itkilərin əsl səbəbini guya Azərbaycan Ordusunun öz taktikasını dəyişərək, tez-tez atəşkəsi pozduğunu iddia edir. Yenə də Ermənistan rəhbərliyinin öz gözündə tiri körməyib, özgə gözündə qıl axtarmağa üstünlük verir. Baş verənlər isə, işğalçı ölkənin cəmiyyətində iqtidara qarşı narazılıqların artmasına səbəb olur. Bununla da, Ermənistan iqtidarı öz vətəndaşlarının həyatı bahasına ömrünü bir az da uzatmağa çalışır.

Erməni mətbuatı: "Niyə bütün dünya İlham Əliyevə hörmət edir, Sarkisyanı isə saymır?"

Azərbaycan Prezidenti tərəfindən hər dəfə ifşa, pərt və rəzil hala salınan rəhbərlərinə görə xəcalət çəkdiklərini deyən erməni vətəndaşları Sarkisyanın simasında bütün Ermənistanın bir daha şillələndiyini düşünürlər. Elə buna görədir ki, Sarkisyanın böhtan xarakterli çıxışları ilə özünü tez-tez biabırçı duruma salması, hətta Ermənistanın özündə belə istehza və kütləvi etiraz predmetinə çevrilib.

Erməni mətbuatında o da yazılır ki, Sarkisyan hər zaman Prezident İlham Əliyevin qarşısından qaçır? Çünki Sarkisyanın həyasızlığı bunu deməyə əsas verir: "Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir".

Beləliklə, Sarkisyan uçurum kənarında süni manevrlər etməklə, o dərəcədə absurd və təhlükəli məqamlardan bəhs edir ki, onun zərərini bütün region görə bilər. Tarixdə belə süni düşmən obrazı yaratmaq taktikası çox olub. Ancaq son anda bu kursdan xalq zərər görüb. S.Sarkisyan da, bu mənada, erməni xalqına tarixi zərbələr vurmaqda davam edir. Gec, yaxud tez ermənilərin havadarları da bunun zərərini görəcəklər. Ancaq onda gec ola bilər.

A.SƏMƏDOVA

Digər xəbərlər