PDF Oxu

Siyasət

  • 125

YAP Göygöl rayon təşkilatının növbəti X konfransı keçirilib

YAP Göygöl rayon təşkilatının növbəti X konfransı keçirilib

Dünən YAP Göygöl rayon təşkilatının X konfransı keçirilib. Konfrans nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra konfrans rayon Mədəniyyət mərkəzində öz işinə başlayıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev açaraq hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib: "Partiyamız Azərbaycan siyasi palitrasında milli-siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq, xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir. Hal-hazırda YAP Göygöl rayon təşkilatı öz ətrafında 121 ərazi ilk partiya təşkilatını birləşdirir. Bu gün YAP Göygöl rayon təşkilatının üzvlərinin sayı 5065 nəfərdir. Bunlardan 1742 nəfəri gənclər, 2607 nəfəri isə qadınlardır".

Hesabat məruzəsindən sonra nəzarət-təftiş qrupunun rəhbəri Qüdrət Nağıyevin hesabatı dinlənilib.

Hesabatlar ətrafında YAP Göygöl rayon təşkilatının qadınlar şurasının sədri Nuranə Quliyeva, gənclər birliyinin sədri Habil İsmayılov, YAP veteranı Süleyman Məmmədov və digərləri cıxış edərək, YAP Göygöl rayon təşkilatının X konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.

Konfransda, həmçinin, təşkilati məsələlərə də baxılıb. Yeni tərkibdə rayon təşkilatının şura, nəzarət-təftiş qrupunun üzvləri və YAP Göygöl rayon təşkilatına Əliyev Turani Həndəm oğlu yenidən sədr seçilmişdir.

Daha sonra konfransda Milli Məclisin deputatları Rövşən Rzayev, Musa Quluyev, Pərvin Kərimova, YAP Mərkəzi Aparatının məsul işçisi Rafayıl Gülməmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək, YAP-ın və müasir Azərbyacan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, YAP-ın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən danışıblar. Çıxış edənlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyasının bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilməsindən bəhs edərək, konfrans iştirakçılarını təbrik edib, siyasi fəaliyyətlərində onlara uğurlar arzulamışlar.

Konfransın sonunda YAP sıralarına yeni üzv olmuş gənclərə partiya biletləri və hədiyyələr təqdim olunmuşdur.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başa çatmışdır.

RƏFİQƏ

Digər xəbərlər