"Sərhəddə yaşayan əhalinin təhlükəsizlik məsələlərinin təmin edilməsi üçün Prezident İlham Əliyev bu Fərmanı imzalayıb".
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndirmək qərara alınıb.
"Bu, müharibə şəraitinin əsas tələblərindən biridir"
Millət vəkili Tahir Mirkişili "Səs" qəzetinə verdiyi açıqlamsında bildirdi kui, cəbhəyanı bölgədə demək olar ki, hər gün Ermənistan hərbçiləri mülkü vətəndaşların özlərinə və mal-qaraya və maddi varlıqlara ziyan vura biləcək təxribatlar törədirlər. Eyni zamanda, müxtəlif yetkililəri də diversiya və pozuculuq fəaliyyətinə cəhd edirlər: "Belə bir şəraitda əhalinin təhlükəsizliyini təmin etmək və ayıq-sayıqığını artırmaq üçün vahid qaydalara ehtiyac duyulur. Bu müharibə şəraitinin əsas tələblərindən biridir. Ermənistan müstəqil bir dövlət olmadığı üçün onların hər hansı bir cəhdi ya kimlərinsə diqtəsi ilə, ya da özlərinin kimlərəsə xidmətlərini göstərmək məqsədilə törədilir. Bu baxımdan, müəyyən zamanlarda cəbhə bölgəsində Erəmənistan tərəfindən təxribatların törədilməsi Ermənistanda və ya regionda siyası ab-havadan çox asılı olur. Amma hər dəfə bu təxribatlar Azərbaycan Ordusu tərəfindən sərt cavab alandan sonra səngiyir və ya mövqe itkiləri ilə nəticələnir".
"Bu, mühüm bir addımdır"
Politoloq Arzu Nağıyev də bizimlə söhbətində bildirdi ki, qoşunların təmas xəttində baş verən hadisələr onu göstərir ki, belə bir Sərəncamın verilməsi vacibdir və bu, əhalinin maraqlarına tam cavab verir: "Erməni təxribatı davam edir. Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən bir irəliləyiş əldə edilmir. Demək olar ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonu saxlamaq üçün hər cür təxribatlardan istifadə edir. Ümumiyyətlə, ölkəmizdə əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı ermənilər bu prinsiplərdən daha çox istifadə edir. Məhz buna görə də, sərhəddə yaşayan əhalinin, qoşunların təmas xəttinə yaxın olan məntəqələrdə tam şəkildə təhlükəsizlik məsələlərinin təmin edilməsi üçün Prezident İlham Əliyev bu Fərmanı imzalayıb. Cənab Prezident Fərmandan irəli gələn bütün məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Bu, mühüm bir addımdır. İşğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır. Bütün bunlar isə Sarkisyan rejiminin hakimiyyətdə qalması üçün atılan uğursuz addımlardır".
GÜLYANƏ