PDF Oxu

Siyasət

  • 50

“Səfərin məqsədi ölkələr arasında səyləri daha da gücləndirməkdir" ŞƏRH

“Səfərin məqsədi ölkələr arasında səyləri daha da gücləndirməkdir" ŞƏRH

"Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır". Bunu SİA-ya açıqlamasında Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Tahir Mirkişili deyib.Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammitinə qatıldığını xatırladan deputat söyləyib ki, sözügedən sammit İslam dünyası ilə ABŞ arasında münasibətlərin daha da inkişafına, islam dünyası qarşısında duran çağırışlarla mübarizədə birgə əməkdaşlığın həyata keçirilməsinə hədəflənib: "Azərbaycanın İslam dünyasında xüsusi yeri var. Dinlərin, mədəniyyətlərin qovuşduğu bir bölgədə yerləşən Azərbaycan öz tolerantlığı və multikultural dəyərlərinə görə əməkdaşlıq üçün etibarlı körpü rolunu oynayır. Eyni zamanda Azərbaycanın öz inkişafı və güclənməsi üçün içində olduğu İslam dünyasının da inkişaf etməsi, burada əmin-amanlığın təmin olunması, müasirliklərə transformasiya olunmasının mühüm rolu var. Məhz bu istiqamətlərdə Azərbaycanın səyləri davamlıdır. Azərbaycanın sammitə dəvət olunması bu rolun artıq hər kəs tərəfindən qəbul olunması və yüksək qiymətləndirilməsinin nəticəsidir".T. Mirkişili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərinin digər məqsədi iki ölkə arasında səyləri daha da gücləndirmək və ərəb-Azərbaycan münasibətlərini daha üst səviyyəyə qaldırmaqdan ibarətdir: "Səudiyyə Ərəbistanı sürətlə inkişaf edən və İslam dünyasında mühüm yer tutan ölkələrdəndir. Azərbaycanın da bu ölkə ilə həm iqtisad, həm siyasi, həm də digər sahələr üzrə münasibətlərini inkişaf etdirmək üçün yüksək potensial var. Bundan əlavə, Səudiyyə Ərəbistanı Ermənistanı işğalçılıq siyasətinə görə tanımayan ölkələrdən biridir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan-Səudiyyə Ərəbistanı arasında əlaqələrin daha da inkişaf etdirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir".

sia.az

Digər xəbərlər