PDF Oxu

Siyasət

  • 288

Sədr: “Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib” AÇIQLAMA

Sədr: “Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib” AÇIQLAMA

"Dünən IV İslam Həmrəyliyi Oyunları başa çatdı. Hətta bəzi anti-Azərbaycan, anti-islam qüvvələri bu oyunların baş tutmayacağını iddia edirdilər. Nəticə isə göz qabağındadır". Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.Onun sözlərinə görə, İslam Oyunları yüksək səviyyədə reallaşdı: "Həm açılış, həm gedişat, həm də bağlanış bütün dünya ölkələri tərəfindən izlənildi. Sözün hər mənasında hər kəs heyran olmuşdu. Təşkilatçılıq, təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmuşdur. Ümumiyyətlə, Azərbaycan son 10 ildə beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib. Həm siyasi, həm iqtisadi, həm mədəni, həm də idman sahəsində keçirilən beynəlxalq tədbirlər nəticəsində ölkəmiz haqqında tarixi həqiqətlər dünyaya yayılmağa başladı. Turizm imkanları azı 10 dəfə genişləndi. Hesab edirəm bu çox vacib məqamlardandı. İkinci bir tərəfdən isə beynəlxalq tədbirlərin keçirilməsi ölkədəki siyasi sabitlikdən xəbər verir".

sia.az

Digər xəbərlər