PDF Oxu

Siyasət

  • 123

Aydın Mirzəzadə: “İslam təkcə inkişaf məsələsi deyil” MÜNASİBƏT

Aydın Mirzəzadə: “İslam təkcə inkişaf məsələsi deyil” MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin inkişafını idmanla bağlaması tamamilə düzgündür. Hər bir ölkənin inkişafında idman faktoru çox böyük rol tutur". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, infrastrukturun hazırlığı, idman obyektlərinin müasir tələblərə cavab verməsi və s. dünyada əsas məsələlərdən biri kimi götürülür: "Azərbaycan müasir dövlətçiliyin inkişafında bütün məsələlərə ciddi diqqət yetirir. İdman məsələsi də burada xüsusi yer tutur. Bu artıq Azərbaycanın bir dövlət kimi dünyada nüfuzunun artmasında, ölkəmizin atdığı addımların diqqətlə izlənilməsində, ən əsası isə Azərbaycanla yüksək münasibətlərin qurulmasında özünü göstərir. İslam təkcə inkişaf məsələsi deyil. Eyni zamanda hər bir dövlət üçün adi cəhətcə səmərəli bir layihədir. Azərbaycanda keçirilən hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə, Azərbaycanda gedən yarışların beynəlxalq, xarici telekanallarda izlənilməsinə və s. xidmət edir. Bu da Azərbaycanla bağlı adi münasibətlərin daha da çoxalmasına səbəb oldu.Bu ilin sentyabrında Azərbaycanda Voleybol üzrə dünya çempionatı keçiriləcək. Ümumilikdə götürdükdə idman Azərbaycanda cəmiyyətin bütün prioritet inkişaf məsələləri ilə paralel gedir".

sia.az

Digər xəbərlər