"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarla görüşü zamanı çıxışında dediyi kimi Azərbaycan dövləti tərəfindən ev sahibliyi edilən bütün mədəni, siyasi və idman tədbirləri ən yüksək səviyyədə təşkil olunur və bunu da bütün iştirakçı ölkələrin təmsilçiləri təsdiq edir". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.Onun sözlərinə görə, istər dövlət başçısının yüksək səviyyədə nüfuzu, Azərbaycan xalqının qonaqpərvər olması, ölkəmizdə mövcud olan siyasi sabitlik, ictimai təhlükəsizlik, tolerant bir ölkə olmağımız, yüksək təşkilatçılıq qabiliyyətimizin olması bütün bunlara ən gözəl sübutdur: "Hər il ölkəmizə gələn qonaqların sayı günü-gündən daha da artır ki, buna da əsas səbəb yuxarıda qeyd etdiyim məqamlardır. Ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin olması hər bir Azərbaycanlı üçün fəxr hissi olmalı və bu məqamlar ölkəmizin qürur yeridir".
sia.az