PDF Oxu

Siyasət

  • 42

Uruqvay mətbuatında Azərbaycana dair məqalə dərc olunub

Uruqvay mətbuatında Azərbaycana dair məqalə dərc olunub

Uruqvayın "Crónicas" qəzetində uruqvaylı jurnalist İsak Qliksberqin imzası ilə "Azərbaycan və Uruqvay: bir-birini tamamlayan iqtisadiyyatı olan 2 dost ölkə" adlı məqalə çapdan çıxıb. Məqalə Azərbaycanın Respublika Gününün 99-cu il dönümü münasibətilə yazılıb. SİA-nın verdiyi məlumata görə, yazıda Azərbaycan dünyəvi, demokratik və iqtisadi baxımdan tərəqqi etmiş bir ölkə kimi təqdim olunur və ölkənin əhəmiyyətli geosiyasi mövqeyi vurğulanır.Müəllif Azərbaycan və Uruqvay arasında ikitərəfli münasibətlərin qurulması və inkişafı tarixindən, habelə iki ölkə arasında imzalanmış mühüm sənədlərdən bəhs edib. Xüsusilə, son illərdə intensivləşən ikitərəfli qarşılıqlı səfərlərin münasibətlərə verdiyi töhfəni xüsusi qeyd edib. Eyni zamanda, 2015-ci ildə Azərbaycan və Uruqvay arasında Bakı şəhərində keçirilən ilk siyasi məsləhətləşmələrin önəmi qeyd olunub.Jurnalist Qliksberq iki ölkə arasında mövcud ilkin ticarət əlaqələrini, habelə iqtisadi əlaqələrin inkişaf perspektivlərini ətraflı təhlil edib. Məqalədə Azərbaycan və Uruqvay arasında bir-birini tamamlayan və qarşılıqlı faydalı ticarət münasibətlərinin inkişaf etdirilməsinin mümkünlüyü vurğulanıb.

sia.az

Digər xəbərlər