PDF Oxu

Siyasət

  • 1 732

Musa Qasımlı: “Azərbaycanın yeni bir modeldə təqdimatı oldu” AÇIQLAMA

Musa Qasımlı: “Azərbaycanın yeni bir modeldə təqdimatı oldu” AÇIQLAMA

"IV İslam Həmrəyliyi oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın yeni bir modeldə təqdimatı oldu, yeni standartlar yarandı". Bunu SİA-ya açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.Millət vəkilinin sözlərinə görə, xarici qonaqlar ölkəmizin inkişafını və millətimizin qonaqpərvərliyini əyani şəkildə gördülər: "Qalib gəlmiş idmançılarımızla görüşdə cənab Prezident İlham Əliyevin söylədiyi fikirlər ölkəmizdə idmanın inkişafına gələcəkdə də dövlət qayğısının göstəriləcəyini bir daha təsdiq etdi".Qeyd edək ki, Prezident IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarla görüşündə bildimişdi ki, biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir. Çünki biz istəyirik ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə keçirilsin. Ona görə də ölkəmiz inkişaf edir, ona görə də Bakıya gələn bütün xarici qonaqlar şəhərimizə heyran qalırlar.

yap.org.az

Digər xəbərlər