PDF Oxu

Siyasət

  • 3 504

Əliməmməd Nuriyev: “Azərbaycan hər zaman Rusiyanın maraqlarını qoruyub" MÜNASİBƏT

Əliməmməd Nuriyev: “Azərbaycan hər zaman Rusiyanın maraqlarını qoruyub" MÜNASİBƏT

"Hesab edirəm ki, Ümumrusiya Azırbaycanlılar Konqresinin (ÜAK) ləğvi ilə bağlı qərar yanlışdır. Bu, hüquqa söykənən bir qərar deyil". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.Onun sözlərinə görə, qərar siyasi xarakter daşıyır: "Əlbəttə, istənilən məhkəmə tərəfindən çıxarılan qərarın dəyişdirilməsi istiqamətində addımların hüquqi yolu ondan ibarətdir ki, bundan sonra Apelyasiya və digər şikayətlər edilə bilər. Düşünürəm ki, bu istiqamətdə fəaliyyət davam etdirilməlidir. Hüquqi yollardan tam imtina edilməməlidir. Çünki bütün hallarda məhkəmə qərarının ləğvi hüquqi proseduraların olmasını zəruri edir. Ümumiyyətlə Ədliyyə Nazirliyi tərəfindən ÜAK-ın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət çox tələsik olan bir addım idi. Çünki birincisi orada Rusiyanın maraqlarına zidd ola biləcək hər hansı bir fəaliyyətə yol verilməmişdi. Yəni mədəni, humanitar, iqtisadi, insani əlaqələrlə bağlı bir proses idi. Şübhəsiz ki, bu qərarın arxasında həm anti Azərbaycan, həm də anti Rusiya qüvvələri dayanır".Ə. Nuriyev əlavə edib ki, Azərbaycan-Rusiya münasibətlərinin hazırki inkişaf səviyyəsi belə bir qərarın qəbul edilməsini rədd edirdi: "Burada erməni lobbisinin fəaliyyəti və ermənilərin Rusiyanın yüksək vəzifəli şəxsləri sırasında olması və eyni zamanda həmin yüksək vəzifəli şəxslərə təsir etmək imkanının olmasıdır. Bu, çox müxtəlif formada olub. Bütövlükdə belə qərarın qəbul edilməsi siyasi xarakter və Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişaf perspektivlərini kölgəyə salmaq xarakteri daşıyır. Azərbaycan hər zaman Rusiyanın maraqlarını qoruyub".

sia.az

Digər xəbərlər