"Keçən əsrin əvəllərində Azərbaycanın mütərəqqi fikirli ziyalıları milli dövlətçiliyin yaradılması naminə birləşərək 1918-ci ilin may ayının 28-də Azərbaycanın müstəqilliyini bildirən İstiqlal Bəyannaməsini qəbul ediblər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, bununla da şərqdə ilk demokratik dövlət quruldu, ilk parlament, hökumət, dövlət aparatı təsis edildi: "Sərhədlər müəyyənləşdirildi. Dövlət atributları olan bayrağımız, himnimiz, gerbimiz qəbul olundu. Ölkə vətəndaşlarına bərabərlik hüququ verildi. Lakin Azərbaycanın müstəqilliyi 23 ay davam etdi, müstəqillik ideyası unudulmadı. Həmin ideyalar Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Ulu öndər Heydər Əliyev tərəfindən inkişaf etdirilərək xalqın tarixi, mədəni yaddaşını formalaşdırdı, Azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının həqiqətə çevrilməsinə zəmin yaratdı. Təsadüfü deyil ki, müasir müstəqil Azərbaycanın banisi olan Ulu öndər Heydər Əliyev müstəqilliyimizi milli sərvətimiz adlandırıb. Ümumilli lider Heydər Əliyev tərəfindən müstəqilliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətlərində görülən misilsiz işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalamaqla müstəqilliyimizin dönməzliyini, əbədiliyini dünya miqyasında bir daha nümayiş etdirərək, gələcəkdə də müstəqil siyasət həyata keçirəcəyimizi diqqətə çatdırıb. Bu Sərəncam Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib".
sia.az