PDF Oxu

Siyasət

  • 1 615

"Vyana sazişinin müddətinin uzadılması nefti bahalaşdıracaq" MÖVQE

"Vyana sazişinin müddətinin uzadılması nefti bahalaşdıracaq" MÖVQE

"Ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlər neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı gözlənilən idi. Çünki, OPEC daxili ölkələrdən Səudiyyə Ərəbistanının və kartel xaricində Rusiyanın bir müddət öncə sazişin müddətinin 2018-ci ilin mart ayının sonuna qədər uzadılmasını təklif etməkləri bu istiqamətdə razılıq əldə olunması ehtimalının daha yüksək olduğunu deməyə əsas verirdi". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Ekspert bildirib ki, növbəti illərdə daha uzun müddətli və eyni zamanda dərinləşdirilmiş sazişin imzalanması Azərbaycan üçün məqbul variant hesab oluna bilər: "Belə ki, Azərbaycan dünya enerji bazarında kiçik istehsalçılardan biri hesab olunur. Bu prizmadan yanaşsaq, OPEC və ABŞ arasında enerji bazarları uğrunda mübarizə Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Azərbaycan öz neft məhsullarını dünya bazarlarında yerləşdirə bilir. Bu baxımdan da, Azərbaycan üçün maraqlı olan neftin qiymətinin daha çox artmasıdır. Neftin qiymətini daha çox artıra biləcək variant təkcə 9 ay deyil, daha uzun müddətli dövrü əhatə edəcək hasilatın azaldılması barədə sazişin imzalanmasıdır".R. Həsənov əlavə edib ki, hasilatın gündəlik 2 milyon barel deyil, daha dərinləşdirilmiş, daha böyük həcmdə azaldılmasının bu sazişdə öz əksini tapması qiymət artımına müsbət təsir göstərəcək: "Vyana sazişinin müddətinin uzadılmasının neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcək ki, bu da Azərbaycanın maliyyə sabitliyi, dövlət neft şirkətinin maliyyə sabitliyi üçün mühüm təsirə malik olacaq".Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlər neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərar qəbul ediblər. Azərbaycan da qərarı dəstəkləyib.

sia.az

Digər xəbərlər