Dünən Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının geniş konfrans zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş təntənli yığıncaq keçirilib. Tədbiri şəhər icra hakimiyyəti baçısının birinci müavini Qənimət Qaraşov açaraq, tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etdi. Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının müstəqillik illərini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirildi.
"28 May Respublika Günüdür" mövzusunda Yevlax şəhər icra hakimiyyəti başçısının müavini Elnarə Məmmədova məruzə ilə çıxış edərək, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsindən danışıb. O, cəmi 23 il yaşamasına baxmayaraq, Azərbaycan tarixində mühüm bir mərhələnin, məhz həmin dövrdə qoyulduğunu, həmçinin dövlətin əsas atributlarının- bayrağının, himninin, və gerbinin qəbulunu tarixi uğur kimi dəyərləndirdi.
Tədbirdə YAP fəalı Rəşad Qurbanov, Yevlax Yaradıcılıq Evinin metodisti Fəridə Həsənova, əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev və başqaları çıxış edərək 99 il bundan öncə, Şəqdə ilk demokratik dövlət kimi formalaşmış gənc Azərbaycan Cümhuriyyətinin bu günümüzə bəxş etdiyi yüksək milli-mənəvi, mədəni və ictimai-siyasi dəyərlərdən danışdılar.
Tədbirdə YAP Yevlax şəhər təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev çıxış edərək bilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsidir: "Bu gün biz çox xöşbəxt xalqıq ki, bu cür şanlı tariximiz var. Qüdrətli Azərbaycan xalqının əzimkar mübarizəsi sayəsində 1991-ci ildə yenidən müstəqillik əldə etdik. Lakin sərişdəsiz idarəetmə nəticəsində müstəqilliyimizin taleyi yenidən ciddi təhlükədə idi. Ancaq Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı qara qüvvələrin arzusunu gözündə qoydu və sonrakı proseslər Azərbaycanının müstəqilliyinin etibarlı təminatçısı oldu. 2018-ci ildə Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin keçirilməsi məqsədi ilə möhtərəm Prezident İlham Əliyev müvafiq Sərəncam imzalamışdır. Prezidentimiz ölkəmizi beynəlxalq səviyyədə müstəqil söz fikir soyləmək hüququ olan dövlət kimi tanıtmışdır. Biz inanırıq ki, Azərbaycan getdikcə daha da inkişaf edəcək, öz tarixi keçmişini, ənənələrini əbədi yaşadacaqdır".
İ.ƏLİYEV