"BMT-yə üzv olan 193 ölkə Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq 17 hədəf müəyyən edib". SİA xəbər verir ki, bunu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq tədbirdə çıxış edərkən deyib: "Hicran Hüseynova qeyd edib ki, 2030-cu ilə qədər yoxsulluğa son qoymaq üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə məqsəd və hədəfləri müəyyənləşdirilib: "Ölkənin demoqrafik balansının inkişafı, bir çox məsələlərin həlli statistik göstəricilərin izlənilməsindən irəli gəlir. Qeyd etmək istərdim ki, gender bərabərliyinin genişləndirilməsi üçün mühüm işlər görülüb. Ailənin inkişaf etməsi uşaqlarımızın sağlam, savadlı böyüməsi üçün dövlət daim qayğı göstərir. Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aztəminatlı ailələr xüsusi qayğı ilə əhatə olunub".
sia.az