PDF Oxu

Siyasət

  • 2 562

"Tarixin canlı səhifələri"

"Tarixin canlı səhifələri"

Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti və Qax rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə festival keçirilib

Mayın 26-da Gənclər və İdman Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Qax rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Tarixin canlı səhifələri" V Gənclər Festivalı keçirilib. DSX-nin mətbuat mərkəzindən qəzetimizə verilən məlumata görə, festivalda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Milli Məclisin deputatları, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

"Tarixin canlı səhifələri" festivalı üçün müvafiq rekonstruksiya formatında xüsusi hazırlanmış Azərbaycanın müxtəlif dövrlərini canlandırılan kütləvi tamaşada DSX-nin hərbi qulluqçuları və süvarilər qrupu da öz bacarıqlarını məharətlə nümayiş etdiriblər.

Tamaşada Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, apardığı müdrik daxili və xarici siyasət, Azərbaycanın keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük uğurlar tarixi video-görüntülərlə iştirakçılara təqdim olunub. Azərbaycan bəstəkarlarının simfonik muğamları, tarixi filmlərin musiqiləri əsasında işlənən video-görüntülər, xüsusi işıqlandırma effektləri ilə müşaiyət olunan və çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla izlənən tamaşa Azərbaycanının şanlı dövlətçilik tarixinin təbliğ edilməsi və gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından çox əhəmiyyətli olub.

Festival Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və atəşfəşanlıqla başa çatdırılıb.

RÖVŞƏN

Digər xəbərlər