Bu gün Bakıda Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının növbəti 57-ci iclası işə başlayıb.SİA-nın verdiyi məlumata görə, iclasda MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Vladimir Sokolin, Qazaxıstan Statistika Komitəsinin sədri Nurbolat Aydapkelov, Moldova Milli Statistika Bürosunun Baş direktoru Vitali Valkov, Rusiya Dövlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov, Belarus Milli Statistika Komitəsi sədrinin müavini Janna Vasilevskaya, Qırğız Respublikası Milli Statistika Komitəsi sədrinin müavini Baisbek Qasımbekov, Tacikistan Statistika Agentliyi direktorunun müavini Qiyomiddin Davlatzoda iştirak edirlər.MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Şuranın gündəliyi barədə məlumat verib.Şuranın 57-ci iclasında MDB dövlətlərində əhalinin siyahıyaalınmasının 2020-ci il raunduna hazırlığın gedişi, Birliyin statistika xidmətlərinin BMT sisteminin ixtisaslaşdırılmış qurumları ilə qarşılıqlı əlaqələri, MDB-də rəsmi statistika sahəsində əməkdaşlıq məsələləri üzrə sənədlərin inventarizasiyası haqqında məsələlər nəzərdən keçirilir.
sia.az