“Ümidvarıq ki, ABŞ-ın yeni administrasiyası Amerikanın öz milli maraqlarından irəli gələrək Azərbaycanın önəmini daha yaxşı anlayacaq.
“Ümidvarıq ki, ABŞ-ın yeni administrasiyası Amerikanın öz milli maraqlarından irəli gələrək Azərbaycanın önəmini daha yaxşı anlayacaq. Çünki, Azərbaycanın ABŞ üçün bir neçə istiqamətdə çox böyük əhəmiyyəti var”. Bu fikirləri SİA-ya Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Asim Mollazadə deyib.Azərbaycanın ABŞ-ın milli təhlükəsizliyi və terrorla mübarizədə ən etibarlı müttəfiqlərindən biri olduğunu deyən işçi qrupunun üzvü söyləyib ki, Prezident D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunmuş fikirlər də ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edilir: “Ölkəmiz uzun illərdir ki, ABŞ-la enerji sahəsində çox mühüm tərəfdaşdır. Bununla yanaşı, Azərbaycanın böyük nəqliyyat dəhlizi sistemi ABŞ üçün mühüm amildir. Bu baxımdan da ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir”.A. Mollazadə qeyd edib ki, Donald Tramp hakimiyyətə gələndən sonra Azərbaycan -ABŞ arasında əlaqələrin demək olar ki, yeni dönəmi başlayır və bunun üzərində işləmək lazımdır.
sia.az