PDF Oxu

Siyasət

  • 3 990

Musa Qasımlı: “Ölkələrimiz arasında münasibətlərin böyük potensialı var” AÇIQLAMA

Musa Qasımlı: “Ölkələrimiz arasında münasibətlərin böyük potensialı var” AÇIQLAMA

“Dünyanın yeganə fövqəldövləti olan ABŞ-ın Prezidentinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı iki məktub ilk baxışda protokol qaydası kimi görünsə də, əslində onlarda yazılanların dərin mənası vardır”. Bunu SİA-ya açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

Onun sözlərinə görə, birinci məktubda ABŞ Prezidenti Respublika günü ilə əlaqədar olaraq təbriklərini çatdırmaqla yanaşı, dövlət müstəqilliyimizə olan hörmət və ethiramını, cənab Prezident İlham Əliyev ilə diplomatik-siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və b. sahələrdə əməkdaşlıq etmək istəyini ifadə edir: “Bu istək dövlətimizin beynəlxalq nüfuzunun artmasının ABŞ tərəfindən bir daha təsdiq edilməsi, qarşılıqlı münasibətlərdə yeni dövrün başlanması istəyinin ifadəsidir.İkinci məktub ABŞ-ın enerji sahəsində ölkəmizlə əməkdaşlıq etmək istəyini, eyni zamanda enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin artan rolunun və alternativ mövqeyə sahib olmasının etiraf edilməsidir. Məktublar göstərir ki, ölkələrimiz arasında münasibətlərin böyük potensialı və perspektivləri vardır”.

yap.org.az

Digər xəbərlər