PDF Oxu

Siyasət

  • 2 991

Hikmət Hacıyev: “Sarkisyan yenilənmiş Madrid prinsiplərini tamamilə inkar edir” AÇIQLAMA

Hikmət Hacıyev: “Sarkisyan yenilənmiş Madrid prinsiplərini tamamilə inkar edir” AÇIQLAMA

“Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən də məlumat verildi ki, iyun ayının 19-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regional səfəri çərçivəsində Azərbaycana səfərləri də nəzərdə tutulub. Səfər əsnasında Azərbaycan tərəfindən münaqişənin həlli ilə bağlı mövqeyimiz və baxışlarımız birdaha Minsk qrupu həmsədrlərinin diqqətinə çatdırılacaq. Təbii ki, münaqişənin həlli ilə bağlı müxtəlif fikirlər və planlar vardır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.Onun sözlərinə görə, 2016-cı ilin aprel hadisələrindən sonra münaqişənin həlli istiqamətində həmsədrlər tərəfindən bir sıra səylər göstərildi: “Amma təəssüf ki, Ermənistanın yürütdüyü destruktiv siyasət və siyasi, hərbi təxribatlar nəticəsində münaqişənin həlli prosesində hər hansı bir irəliləyişin əldə olunması mümkün olmadı. Baxmayaraq ki, status-kvonun dəyişdirilməsi və bu əsnada Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı rayonların ilkin mərhələdə işğaldan azad olunması ilə əlaqədar müxtəlif fikirlər və təkliflər vardı. Hal-hazırda da yenə Ermənistan destruktiv siyasət yürütməkdə davam edir. Həmsədrlərin regiona səfərindən öncə Sarkisyan Ermənistan parlamentində çıxış edərək yenilənmiş Madrid prinsiplərini tamamilə inkar edir. Bu prinsiplər də ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən hazırlanıb və rəsmi İrəvanın özü tərəfindən də qəbul edilib. Burada da ilkin müddəa Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı rayonların işğaldan azad edilməsidir ki, bu da növbəti mərhələlərin, addımların atılması üçün bir şərait yaratmalıdır.Rəsmi Bakı hesab edir ki, münaqişənin sülh yolu ilə həlli imkanları mövcuddur və tükənməyib. Bu baxımdan da Azərbaycan Respublikası danışıqlar prosesində iştirak edir. Amma Ermənistanın mövqeyi bütün beynəlxalq ictimaiyyətə aydındır. İşğalçı ölkə hər bir vəchlə mövcud status-kvonu saxlamaq siyasəti yürüdür. Burada da məqsəd Azərbaycan ərazilərinin ilhaqının həyata keçirilməsidir”.

sia.az

Digər xəbərlər