“Azərbaycanla Gürcüstan elə iki dövlətdir ki, heç kim bu dövlətlərin arasına girə bilməz”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, hər iki dövlət yüz illərdir eyni taleyi yaşayır: “Rus işğalı, ardından 1918-də müstəqil dövlətlərin qurulması, yenidən rus-sovet işğalı, yenidən müstəqilliyin əldə edilməsi və bütün bunlarla yanaşı, bölücülükdən əziyyət çəkməklə tale bizim dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırıb.Ona görə də Əfqan Muxtarlı məsələsindən istifadə edib, bizim dövlətlərimizi qarşı-qarşıya qoymaq istəyənlər heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan və Gürcüstan yüksək səviyyədə olan münasibətlərini kimlərinsə şıltaqlığına qurban verən deyil”.Qeyd edək ki, Əfqan Muxtarlı Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçdiyinə görə, həbs olunaraq Azərbaycana gətirilib.
sia.az