“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri ərəfəsində ermənilər cəbhədə bilərəkdən vəziyyətin gərginləşməsində maraqlıdırlar”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, ötən həftə ermənilərin cəbhəboyu törətdikləri təxribatlar onu göstərir ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən təzyiq vasitəsi kimi istifadə etməkdə maraqlıdırlar. Bu arada, son zamanlar Azərbaycan ilə Qərb arasında münasibətlərin isinməsinin şahidiyik. Bu, istər-istəməz münaqişənin nizamlanmasına da tərsirsiz ötüşməyəcək.ATƏT-ə qaldıqda isə, indiki halda üç həmsədr dövlətin (Rusiya, ABŞ, Fransa) münaqişə ilə bağlı fikirləri üst-üstə düşür. Bu isə o deməkdir ki, onlar münaqişənin həllində maraqlı deyillər”.
sia.az