PDF Oxu

Siyasət

  • 3 639

SAM beynəlxalq konfrans keçirib

SAM beynəlxalq konfrans keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gəlcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.SAM-dan SİA-ya verilən məlumata görə, konfrans Azərbaycan Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov açılış nitqi ilə başlayıb.Daha sonra, hər üç ölkənin Strateji Araşdırmalar Mərkəzinin rəhbərləri: Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Dos. Dr. Mesut Özcan, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Dr. Fərhad Məmmədov və Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun Avropa Araşdırmaları Mərkəzinin direktoru (Rondeli Fondu) Kaxa Qoqolaşvili salamlama nitqi ilə çıxış ediblər.Moderatorunun Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Dr.Gülşən Paşayevanın olduğu “Üçtərəfli münasibətlər üçün təhlükəsizlik çağırışları” mövzusunda olan birinci sessiyada Yaxın Şərq Texniki Universitetinin dosenti Dos. Dr. Ayça Ergün Özbolat, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun baş elmi işçi Giorgi Badridze, Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun Təhsil və Sosial Siyasət bölməsinin direktoru Prof. Dr. Muhittin Ataman, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Dr. Cavid Vəliyev üçtərəfli əməkdaşlıqla bağlı mühazirələrlə çıxış edib.Moderatorunun Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun Təhsil və Sosial Siyasət bölməsinin direktoru Prof. Dr. Muhittin Atamanın olduğu “Üçtərəfli münasibətlərin iqtisadi və enerji aspektləri” mövzusunda olan ikinci sessiyada SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmirə Rzayeva, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun (Rondeli Fondu) baş elmi işçisi Valeri Çeçelaşvili, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (CAERC) Strateji təhlil və planlaşdırma üzrə meneceri Vüsalə Cəfərova, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun (Rondeli Fondu) Avropa Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili çıxış ediblər.Tədbir SAM-ın direktoru Dr. Fərhad Məmmədovun yekun nitqi və sual-cavab sessiyası ilə başa çatıb.

sia.az

Digər xəbərlər