Bu gün YAP Samux rayon təşkilatının tədbirlər planına uyğun olaraq Şura üzvlərinin iştirakı ilə “15 İyun xalqımız üçün əsl qurtuluş tarixidir” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.G.Bayramov vurğulayıb ki, həyatda elə unudulmaz, əlamətdar günlər, hadisələr var ki, ölkənin, insanların taleyində, müqədaratında həlledici rol oynayır və həmin xalqın yaddaşına əbədi həkk olunur, tarixə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1993-cü il iyunun 15-i məhz belə tarixlərdəndir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizin xilası - Milli Qurtuluş Günüdür.Sonra Şura üzvlərindən Şəmistan Yusifov, Gülağa Hüseynov, Pərvanə Məmmədova və Gülsəba Abbasova çıxış edərək vurğulayıblar ki, Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi 15 iyun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə tarixi qayıdışıdır. 15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın tarixinə “Milli Qurtuluş Günü ” kimi daxil oldu. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan inamını artırdı. Sonra natiq qeyd etdi ki, 15 iyun 1993-cü ildən keçən 23 il ərzində müstəqil dövlətimiz möhkəmlənmiş, inkişaf etmiş və dünya dövlətləri arasında söz sahibi olmuşdur.Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir və müstəqil Azərbaycanın təməlini qoydu. Məhz 15 iyun günündə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atəşkəs elan olundu və müstəqil Azərbaycanın inkişaf trayektoriyası müəyyənləşdirildi. Bu gün Ulu Öndər tərəfindən əsası qoyulan və özündə inkişafı ehtiva edən siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
sia.az