PDF Oxu

Siyasət

  • 4 183

Jurnalist Həmkarlar İttifaqının durumu müzakirə olunur YENİLƏNİR

image

Jurnalistlərin Həmkarlar İttifaqı Avropa İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası ilə birgə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda Jurnalist Həmkarlar İttifaqlarının durumu və gələcək inkişaf meylləri ” adı ilə konfrans keçirir. SİA-nın verdiyi məlumata görə, Cənubi Qafqazda Jurnalist Həmkarlar Təşkilatlarının Bacarıqlarının İnkişaf Etdirilməsi- İCTUOSC layihəsi çərçivəsində gerçəkləşən tədbirdə “Azərbaycanda sosial dialoq və əmək stadartları: Mövcud durum, problemlər, nailiyyətlər və yeni çağırışlar”, "Əmək standartları və Sosial Dialoq: Kollektiv Sövdələşmələr", “Azərbaycanda jurnalist təşkilatları: mövcud durum, birlik və həmrəylik problemləri” mövzularında müzakirələr aparılacaq.Tədbirə Avropa İttifaqı, Beynəlxalq Jurnalistlər Federasiyası, İCTUOSC AZ layihəsi, AHİK, Azərbaycan Mətbuat Şurası, eyni zamanda yerli jurnalist təşkilatları və digər QHT nümayəndələrinin qatılıblar.

yap.org.az

Digər xəbərlər