PDF Oxu

Siyasət

  • 4 509

Ziyafət Əsgərov: "Azərbaycanda 100 min nəfərə 6 hakim düşür"

Ziyafət Əsgərov: "Azərbaycanda 100 min nəfərə 6 hakim düşür"

"Azərbaycanda Məhkəmələrə göstərilən diqqət bu sahəyə inamı artırıb. Məhkəmədə işlərin sayı xeyli artıb. Hakimlər işlərinin vəzifəsindən layiqincə gəlməyə çalışırlar. Lakin bütün bunlara baxmayaraq, yeni çağırışlar nəzərə alaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov parlamentin son növbədənkənar iclasında deyib.O bildirib ki, Ölkə başçısının sərəncamı əsasında məhkəmə sisteminin elektronlaşması nəticəsində vətəndaşlar elektron sistemlə məhkəməyə müraciət edə bilir: "Vətəndaşlarımız yeni sistem əsasında şəxsi kabinet yaratmaqla məhkəmələrə ərizləri verir, məkəmə rüsumlarını belə elektron qaydada ödəyə bilirlər. Ölkəmizdə 9 məhkəmə üçün yeni bina inşa olunur".Z. Əsgərovun sözlərinə görə, ötən dövrdə hakimlərin sayı 2 dəfə artırılsa da, Azərbaycanda 100 min nəfərə 6 hakim düşür: " Lakin bu rəqəm Avropa ölkələrində 20-dir. Bu baxımdan ölkəmizdə də hakimlərin sayının artırılmasına ehtiyac var".I vitse-spikeri qeyd edib ki. Azərbaycanın məhkəmə sahəsində aparılan islahatlara görə bir sıra Avropa ölkələrinə nümunə ola bilər: "Bəzən bildirilir ki, Avropa Məhkəməsinin ölkəmizə qarşı qərarlarının sayı çoxalır. Lakin statistik göstəricilərə nəzər salsaq görərik ki, təkcə 2016-cı ildə Avropa Məhkəməsi tərəfindən ölkəmizlə bağlı 16 qərar qəbul edilib. Hansı ki, Yunanıstana 41, Özbəkistana qarşı 33 qərar verilib".

yap.org.az

Digər xəbərlər