Dünya birliyi bu vəhşiliyə reaksiya verməlidir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, işğalçı ordunun əməllərinə görə rəsmi İrəvan məsuliyyət daşıyır: “Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək. Ölkəmiz münaqişənin dinc yolla həllinə çalışır, amma Ermənistan bu yolu inkar edir, hərbə üstünlük verir. Ermənistanın işğalçı ordusunun Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və iki yaşlı qızcığaz Quliyeva Zəhra Elnur qızının həlak olması ermənilərin vəhşiliyinin bariz nümunəsidir. Bir qadın isə qəlpə yarası alıb. Ermənilər Cocuq Mərcanlıya köçə, belə alçaq təxribata əl atmaqla reaksiya verdilər. Əminəm ki, ordumuz nə gərəkirsə edəcək və edib.Həlak olanlara Allahdan rəhmət diləyir, dinc insanları atəşə tutan uşaq qatillərini və onlara havadarlıq edənləri lənətləyirəm".
sia.az