"Biz 100-150 ilin tarixinə nəzər salsaq görərik ki, ermənilər istər Azərbaycan, istər Türkiyə ərazisində dinc insanlara qarşı qırğınlar törədib, silahsız şəxsləri öldürüblər. Statistik rəqəmlərə baxsaq görərik ki, təkcə atəşkəs dövründə erməni silahlı qüvvələri cəbhəyanı bölgələrdə yaşayan nə qədər dinc sakinimizi öldürüb. Hansı ki, onların içərisində həm ahıllar, həm də körpələr var. Ötən gün baş verənlər də bu hadisələrdən biri idi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov deyib.Azərbaycan ordusu tərəfindən ermənilərə layiqli cavabın veriləcəyini deyən deputat söyləyib ki, tezliklə qatillər törətdikləri vəhşiliyə görə cəzalanacaqlar.E.Məmmədovun sözlərinə görə, əsas məqam həmsədr dövlətlərin, beynəlxalq qurumların Ermənistan tərəfindən törədilənlərə cavabın verilməməsidir: "Niyə dünya birliyi buna reaksiya vermir? Azərbaycan tərəfi bir erməni qulduru və ya kəşfiyyatçısını ələ keçirən zaman beynəlxalq qurumlar tez fəaliyyətə başlayıb, onunla maraqlanmağa başlayırlar. Nəyə görə onlar bizim kəlbəcərli girovlarımız - Dilqəm Əsgərov, Şahbaz Quliyevlə bağlı canfəşanlıq etmirlər? Ötən gün də heç bir günahı olmayan mülki əhali ermənilər tərəfindən qətlə yetirildi. Biz indiki şəraitdə də həmsədr dövlətlərin nəsə deyəcəyinə güman etmirik. Nə BMT, nə də digərləri bu haqda heç nə deməyəcəklər. Çünki ermənini qudurdan, onlara bu şəraiti yaradan məhz bu təşkilatlardır. Ermənilər məhz bu ikili standart yanaşmadan istifadə edərək Azərbaycana qarşı bu cür təxribatlar törədirlər. Bu baxımdan bizim bir yolumuz var ki, bu da Azərbaycan əsgərinin sözüdür. Qətlə yetirilən mülki şəxslərimizin əvəzinə onlarla, yüzlərlə erməni əsgərinin meyiti qoyulmalıdır ki, onlar ibrət götürsünlər. Əks halda, ermənilərə başqa cür dərs vermək mümkün deyil".
sia.az