PDF Oxu

Siyasət

  • 3 016

Rusiyalı deputat Alxanlı hadisəsini sərt şəkildə qınadı

Rusiyalı deputat Alxanlı hadisəsini sərt şəkildə qınadı

Dmitri Savelyev: “Azərbaycanın ərazi bütövlüyü qısa zamanda bərpa olunmalıdır”

“Böyük iyirmiliyin görüşü ərəfəsində Qarabağ separatçılarının uşaq da daxil olmaqla mülki vətəndaşların ölümü ilə nəticələnən hallara yol verməsini aşkar təxribatçılıq kimi qiymətləndirmək lazımdır”. SİA xəbər verir ki, bu barədə Rusiya dumasının deputatı Dmitri Savelyevin Ermənistan silahlı qüvvələrinin ötən gün axşam saatlarında Fizuli rayonunun Alxanlı kəndinin yaşayış məntəqələrini atəşə tutmasına münasibətini bildirərkən deyib.“Bu fakt Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün beynəlxalq ictimaiyyətdə müvafiq qiymətini almalıdır”-deyə qeyd edən Savelyevə görə, hərbi aksiyalar aparılan bölgələrdə beynəlxalq normalara aid qanunlar mütləq işləməlidir : “Azərbaycanın ərazi bütövlüyü isə qısa zamanda bərpa olunmalıdır”.

sia.az

Digər xəbərlər