Erməni qoşunlarının Azərbaycanın dinc sakinlərinə qarşı hücumları davamlı xarakter daşıyır. SİA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın Minskdə keçirilən illik sessiyası zamanı deyib.O qeyd edib ki, baş verənlərlə əlaqədar məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: “Biz burada qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsini müzakirə edərkən, ölkəmizdə, öz torpaqlarımızda qan töküldüyünü düşünmək dəhşətə salır. Mən Füzuli rayonundan məcbur köçkünəm. Qoşunların qarşıdurma xəttində yaşayan seçiçilərim hər zaman təhlükə altındadır. O kəndlərdə yalnız dinc sakinlər yaşayır. Qarşı tərəfdən isə orada əsasən Ermənistandan çağırışçıların olduğu silahlı birləşmələr yerləşir”.Onun sözlərinə görə, deputatlar dialoq üçün yollar tapmalı və qan tökülməsinin qarşısını almaq üşün öz töhfələrini verməlidirlər: “Mən bu cinayəti qətiyyətlə pisləməyi çağırıram”.
sia.az