Zəhra Quliyevanın öldürülməsi Ermənistanda terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır
Terroru açıq şəkildə dəstəkləyən, "ÇKAC", "ASALA" kimi terror təşkilatlarına himayədarlıq edən Ermənistan dövlətinin silahlı birləşmələri cəbhə xəttində atəşkəsi mütəmadi pozmaqla yanaşı, həm də dinc sakinlərin ev-eşiklərini, əkin sahələrini, yaşayış məntəqələrimizi müxtəlif çaplı silahlarla atəşə məruz qoyurlar. Heç şübhəsiz ki, mənfur erməninin çirkin xislətinə hər birimiz bələdik, Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən qorxan erməni silahlı birləşmələri yaşayış məntəqələrimizi atəşə tutmaqla, özlərini "qorxmaz" göstərməyə çalışırlar. Həmçinin, dinc sakinlərin yaşadığı əraziləri və kəndlərimizi atəşə tutmaqla Ermənistan siyasi rəhbərliyi, şəxsən Serj Sarkisyan etiraf edir ki, o, fahişə xislətli işğalçıdır, uşaqları, qadınları öldürmək onun əsas məqsədidir. Biz bunu 1992-ci ildə də gördük... Sarkisyanın əlləri Xocalı şəhidlərinin qanına batıb. Ötən ilin aprel ayında cəbhədə aparılan hərbi əməliyyatlar zamanı ağır məğlubiyyətə uğrayan Ermənistan bu gün də başını itirmiş formadadır, ona görə də, ən çirkin üsullarla kənd əhalisini atəşə tutur. Lakin cəbhə xəttində yerləşən kəndlərimizin sakinləri illərdir orada düşməndən qorxmadan yaşayırlar. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi məqsədilə bu günə qədər aparılan danışıqlarda hər hansı irəliləyiş, razılıq əldə olunduğu zaman Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində müxtəlif təxribatlar törədiblər. Bu təxribatların qarşısı Azərbaycan hərbçiləri tərəfindən alınanda, düşmənə sarsıdıcı zərbələr vurulanda isə, qarşı tərəf bunun qisasını daim mülki əhalidən çıxmağa çalışıb.
Məsələnin ən dəhşətli tərəfləri var. Cəbhə xəttində bir erməni dığasının burnu qanayan kimi ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin sözçüləri az qalırlar ki, Ermənistana gedib Sarkisyanın əl-ayağına düşsünlər. Lakin Sarkisyanın sifarişi ilə körpə uşaqlarımız qətlə yetirilir, ancaq ATƏT-in Minsk Qrupunun həmsədrləri hələ də susqunluq nümayiş etdirirlər. Guya danışsalar nə olacaq ki...
Atəşkəs dövründə ermənilər mülki əhalinin yaşadığı ərazilərə indiyə qədər saysız-hesabsız hücumlar ediblər, dinc sakinlərimizi öldürüblər, şikəst ediblər, insanların əkin sahələrini gülləbaran etməklə məhsullarını məhv ediblər. Ermənistan silhalı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi bəzi təxribatların xronologiyasını təqdim edirik.
2011-ci il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində, Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlov həyatını itirib. Həmin vaxt balaca Fariz başından ağır yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib.
2016-cı ildə Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır xəsarət alıb. Araşdırmalar zamanı məlum olub ki, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq, Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.
2016-cı il iyulun 14-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində isə, Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayeva, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Durdanə Nağıyeva ağır yaralanıblar.
2016-cı il aprelin 4-də Ağdam rayonun Sarıcalı kəndinə ermənilərin ağır artilleriyadan açdığı atəşlər nəticəsində 3 mülki şəxs həlak olub, 5 yerli sakin yaralanıb. Həmçinin, işğalçı qüvvələr təmas xəttində yerləşən məktəblərə, infrastruktur obyektlərinə, mülki əhaliyə ciddi ziyan vurublar.
2016-cı il aprelin 4-də düşmən Ağdam rayonunun Əhmədağalı kəndinə mərmi atıb. Nəticədə Dadaşov Qaraş Şahlar oğlu həlak olub, onun otardığı qoyunlar isə tələf olub.
Ötən il aprelin 4-ü axşam saatlarında ermənilər Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutublar. Kənd sakinlərindən Bəxtiyar İbrahimovun evi tamamilə yanıb. Bəylər Əkbərov və Ədalət Məhərrəmovun isə evlərinin dam örtüyü və həyətlərindəki tikililər dağılıb. Hadisə nəticəsində Ədalət Məhərrəmovun bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nayihəsindən yaralanıb.
Ermənilərin növbəti təxribatlarından biri də bu il aprelin 6-da günorta saatlarında baş verib. Düşmənin silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə, Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Hadisə nəticəsində Qapanlı kəndində iki həyətə 4 ədəd 60 mm-lik mərmi düşüb. Mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
2017-ci il iyul ayının 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Azərbaycanlı uşaqları ən qəddar üsullarla qətlə yetirmək ermənilərin əsas məqsədidir. Hələ 1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 23-ü uşaqdır. Ancaq şahidlər öldürülən uşaqların sayının daha çox olduğunu deyirlər. 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq, hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq, fidanları qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşaqları yenə boruya dolduraraq, hər iki tərəfini bağlayıblarmış. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açıblar. 1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnib. Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq idi.
Erməni silahlı birləşmələrinin dinc sakinləri, məsum körpələri qəddarcasına qətlə yetirmələrinin qısa statistikası Sarkisyanın cinayətkar hakimiyyətinin iç üzünü və Ermənistanda terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır.
Samir