PDF Oxu

Siyasət

  • 1 895

AMEA-da "Məzun günü" keçirilib

AMEA-da "Məzun günü" keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ilk magistrlərinin "Məzun günü" keçirilib.SİA-nın verdiyi məlumata görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak edib.AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, birinci qəbul ilində Akademiyanın magistraturasına 400-ə yaxın bakalavr müraciət edib və yekunda 9 ixtisas üzrə yüksək balla 19 tələbə qəbul olub: "Onlardan bir nəfəri hərbi xidmətə yollanıb, 18 nəfəri isə təhsilini davam etdirdi. Məzunlardan 15 nəfəri magistraturanı fərqlənmə diplomu ilə bitirib".O qeyd edib ki, növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb: "Belə 2016-2017-ci tədris ilində 18 ixtisas üzrə 56 nəfər qəbul olub. Bu il isə 1700-dən çox bakalavr müraciət edib və son məlumata görə onlardan 67-si tələbə adını qazanıb".A.Əlizadə vurğulayıb ki, yaxşı alim yetişdirmək üçün keyfiyyətli təhsil vermək başlıca şərtdir.Tədbirin sonunda AMEA-nın ilk məzunlarına diplomlar təqdim olunub.

sia.az

Digər xəbərlər