Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransı keçirilib. Konfrans iştirakçıları Heydər Əliyev Parkında ucaldılmış Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edərək, abidə önünə tər çiçəklər düzməklə Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransdan əvvəl Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü və keçdiyi inkişaf yoluna, həmçinin, YAP Zərdab rayon təşkilatının hesabat dövründə gördüyü işlərə dair video görüntü nümayiş etdirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
VII konfransda ötən dövr ərzində görülən işlər barədə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova məruzə ilə çıxış edib: "Ötən təsis konfransından keçən dövr ərzində YAP Zərdab rayon təşkilatı sıralarını xeyli genişləndirib: "YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək. Rayon təşkilatı hər zaman nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışıb, ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində, eləcə də, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib".
Konfransda gündəliyə müvafiq olaraq nəzarət-təftiş qrupunun sədri İlham Musayev çıxış edərək, ötən dövr ərzində görülən işlər barədə hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Məruzə ətrafında YAP Zərdab rayon təşkilatı gənclər birliyinin sədri Ələkbər Kərimov, YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədr müavini Nailə Əliyeva, "Tərəqqi" medalı, əməkdar müəllimə Cəvahir İsmayılova və başqaları çıxış edərək, ötən konfransdan keçən müddətdə görülən işlər, keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verərək, təşkilatın hesabat dövründəki fəaliyyətinə də öz münasibətlərini bildiriblər.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.
Konfransda YAP Zərdab rayon təşkilatının 27 nəfərdən ibarət şurası, 15 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət nəzarət-təhftiş qrupunun tərkibi seçilib.
YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova yenidən yekdilliklə rayon təşkilatının sədri sevilib. Konfransda, həmçinin, sədrin müavinlərinin seçilməsi məsələsinə də baxılıb. Vüsalə Kərimova və Ruslan Nemətov rayon təşkilat sədrinin müavinləri seçiliblər.
NƏZAKƏT