PDF Oxu

Siyasət

  • 5 758

YAP Sumqayıt şəhər təşkilatında seminar-treninq keçirilib

YAP Sumqayıt şəhər təşkilatında seminar-treninq keçirilib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı üzrə ilk dəfə seçilmiş ərazi ilk partiya təşkilat sədrləri ilə seminar-treninq keçirilib. Seminarı giriş sözü ilə YAP Sumqayıt şəhər təşkilatının təşkilatı işlər üzrə sədr müavini, icra aparatının təşkilat şöbəsinin müdiri Vəzirxan Ənsərov açaraq, yeni seçilmiş ərazi ilk partiya təşkilatı sədrlərini təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. V.Ənsərov qarşıda duran vəzifələr haqqında ətraflı söz açaraq bildirib ki, məqsəd hakim partiyanın fəaliyyətinə daha geniş və böyük töhfələr vermək, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlməkdən ibarətdir.

Seminarda YAP Sumqayıt şəhər təşkilatının təşkilat şöbəsinin təlimatçısı Elbrus Səlimov Yeni Azərbaycan Partiyası sıralarına yeni üzvlərin qəbulu işinin təşkili haqqında məlumat verib. Ümumi protokol-uçot şöbəsinin müdiri Arifə Abdullayeva YAP üzvlərindən üzvlük haqlarının toplanması və təşkilatın hesabına köçürülməsi işinin təşkili haqqında seminar-treninq iştirakçılarına məlumat verib və onları lazımı sənədlərlə tanış edib. Seminar-treninqin sonunda V.Ənsərov Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilat ərazi ilk partiya təşkilatında yığıncaqların keçirilməsinə hazırlıq işləri və yığıncaqların keçirilməsinin təşkili haqqında yığıncaq iştirakçılarını təlimatlandıraraq, verilən suallar cavablandırıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər