PDF Oxu

Siyasət

  • 6 373

QHT üzvü: “Başqasının uğuruna, xoş gününə sevinmək olmazmı?” AÇIQLAMA

QHT üzvü: “Başqasının uğuruna, xoş gününə sevinmək olmazmı?” AÇIQLAMA

“Milli mətbuatımızın 142 yaşı tamam oldu. Dövlətimiz, şəxsən dövlət başçımız 255 mətbuat işçisinə, qələm adamına mənzil bağışladı”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.Onun sözlərinə görə, bu mübarək işi peşəkar jurnalistlərin, media mənsublarının, oxucuların, aydınların alqışlaması, təqdiri gözlənilən idi – necə ki, bu alqışı, təqdiri ən əlvan çalarla gördük: sosial mediada, qəzetlərdə, radio efirində, televiziya ekranında, şəxsi söhbətlərdə və s: “Təəssüflər ki, “yaramazlığın və yaramazların ənənəsi”nə bələd olanlar, anti-münasibət, münasibətsizlik də gözləyirdi və bu gözəlinlən də tam çirkinliyi ilə bir daha təzahür etdi.Jurnalistlər Şəhərciyini saldıran, o yaraşıqlı, təmirli, təchizatlı evləri tikdirən, o mənzilləri verən öz dövlətimiz, öz dövlət başçımızdır, öz! O mənzillərdə yaşayacaq olanlar öz vətəndaşlarımız, qələm yoldaşlarımızdır: ha biri cavandır, ha biri qocadır; biri az yazıb, biri çox – bu fövqəladə hadisə deyil axı, dostlar..! Deyil! Sabah-birisgün sizlər də (inşallah!) 3-cü binadan mənzil sahibi olmanın sevincini yaşayacaqsız! İndi qarğadığınız, söydüyünüz, aşağıladığınız, adı, soyadı, təxəllüsü üzərindən öz ağlınızca “manipulyasiya” etdiyiniz (hətta, görünüşdən bəzilərinizin “donos” yazmaqdan belə çəkinmədiyi..!) qələm yoldaşlarınızla qonşu olacaqsız, ailələriniz bir-birini tanıyacaq, bəlkə qohum olacaqsız, qız alıb, qız verəcəksiz… Bə, onda bir-birinizin gözünün içinə düz baxmaq çətin olmayacaqmı? Ömrü boyu daşıyacağınız qaxıncı qazanmayın! Lap heç qohum da olmadız, qonşu da, onda adam adamı söyməlidirmi? Başqasının uğuruna, xoş gününə sevinmək olmazmı? Günahdırmı? Paxıllıqmı daha yaxşıdır?!”.

sia.az.

Digər xəbərlər