“Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Gədəbəy Mineral Suları” MMC-nin illik istehsal gücü 6 milyon litr olan limonad zavodunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müəssisə ilə tanış oldu.
Məlumat verildi ki, Gədəbəy rayonunun Zəhmət kəndində, iki hektar ərazidə fəaliyyətə başlayan və ümumi dəyəri 4 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat güzəştli kredit verilib. Bu müəssisədə 0,33, 0,75 və 1,5 litrlik plastik qablarda armud, tərxun, limon və üzüm limonadları istehsal edilir. Limonad istehsalı korpusu 3500 kvadratmetrdir. Buraya anbar və istehsal sahəsi daxildir. Texnoloji xəttin başlanğıcında qablar İtaliya şirkətinin avadanlığı ilə şişirdilir. Limonadın xammalı Almaniyanın “Döhler” şirkətindən alınır və avtomatik sistemdə hazırlanır. İstehsalatda istifadə olunan kompressorlar isə Belçika avadanlığıdır. Prezident İlham Əliyev müəssisəni işə saldı.
Qabların doldurulması, qapaqların bağlanması, etiketləmə və paketləmə işlərinin həyata keçirildiyi zavodda istifadə olunan su öz mənbəyini dağlardan götürməklə yüksək keyfiyyət göstəricilərinə malikdir.
Əvvəli Səh. 2
Lakin su istehsal prosesinə buraxılmazdan əvvəl təkrarən təmizləyici qurğulardan keçirilir. Hazırda müəssisədə 25 nəfər çalışır və gələcəkdə istehsalın artırılması hesabına işçilərin sayının 50-yə çatdırılması nəzərdə tutulub. Zavod öz əhatə dairəsini getdikcə genişləndirir. Təsadüfi deyil ki, ərazidə ümumi dəyəri 3,4 milyon manat olan süfrə suları istehsalı zavoduna Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,9 milyon manat güzəştli kredit ayrılıb və zavodun illik istehsal gücü 12,8 milyon litrə çatdırılıb. Süfrə suları istehsalı zavodu müasir tələblərə cavab verən avadanlıq əsasında qurulub. Zavod müxtəlif çeşiddə, o cümlədən 0,5 və 1 litrlik şüşə, həmçinin plastik qablarda süfrə suları istehsal edir. Bu layihənin icrası nəticəsində 40-dək yerli sakin işlə təmin olunub. Zavodda istehsal olunan süfrə suları hazırda Rusiya Federasiyasına ixrac edilir və ərəb ölkələrinə ixracı istiqamətində danışıqlar aparılır. Artıq limonadın İraq Respublikasına ixrac olunması üçün müqavilə bağlanıb. İlkin olaraq müxtəlif çeşiddə 100 ton limonad avqustun sonunda İraqa ixrac ediləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilirdi. Bu isə rayonun ümumi inkişaf tempinə cavab vermirdi. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasından əlavə 35/10 kV-luq “Gədəbəy” adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq “Gədəbəy” yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.
Yeni yarımstansiyada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə elektroenergetikanın inkişafında xidmətlərinə həsr olunan fotostendlər yaradılıb.
Bildirildi ki, Gədəbəy rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, güc qıtlığının aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilən yeni “Gədəbəy” yarımstansiyası 21 min abonentə xidmət edir. Yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraşdırılıb. Bu yarımstansiyanı qidalandırmaq üçün “Zəyəm” yarımstansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq birdövrəli hava xətləri çəkilib. Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Gədəbəy-Saratovka” hava xətti tam yenidən qurulub. Ümumilikdə “Gədəbəy” yarımstansiyasından 35 kV-luq “Saratovka” və “Mədən”, həmçinin 10 kV-luq “Söyüdlü”, “Arıxdam”, “Ticarət mərkəzi” hava xətləri çəkilib. 10 kV-luq hava xətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir. Prezident İlham Əliyev yarımstansiyanı işə saldı. Sonda xatirə şəkli çəkdirildi.
Avqustun 20-də Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında və ölkədə bütün sahələrin canlanmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə respublikamızda çox mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, Ulu Öndərin zəngin və çoxşaxəli siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür.
Orijinallığı ilə Gədəbəy şəhərinin gözəlliyini daha da artıran Heydər Əliyev Mərkəzinin yaradılması, ilk növbədə, gədəbəylilərin dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını nümayiş etdirir. Mərkəzdəki fotoşəkillər və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Gədəbəy rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Mərkəzin yerləşdiyi ərazidə hündürlüyü 70 metr olan bayraq dirəyi ucaldılıb. Bayraq dirəyinin ay-ulduz formasında inşa olunmuş postamentinin üzərində Azərbaycan Respublikasının gerbi, xəritəsi və dövlət himninin sözləri əks etdirilib.
Məlumat verildi ki, ümumi sahəsi 3500 kvadratmetrdən çox olan Heydər Əliyev Mərkəzinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, tarixi sənədlər və fotoşəkillər nümayiş olunur. Bu fotolarda ümummilli lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşlərinin əks olunduğu fotolar da maraq doğurur.
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış edib:
-Sabahınız xeyir, sizi ürəkdən salamlayıram. Bu gün Gədəbəy rayonunda çox əlamətdar bir gündür. Həm Ulu Öndərin adını daşıyan gözəl mərkəz açılır, həm də Gədəbəy şəhərinin içməli su problemi həll olunur. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Çünki Ulu Öndərin fəaliyyəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Məhz onun siyasəti nəticəsində Azərbaycan 1993-cü ildən bu günə qədər sürətli inkişaf dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Onun səyləri, fəaliyyəti nəticəsində 1993-cü ildə Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. 2003-cü ildən isə bu siyasət davam etdirilir və bugünkü Azərbaycan əslində bu siyasətin gözəl nümunəsidir.
Ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır. Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır. Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var.
Bu gün Gədəbəy şəhərinin su probleminin həlli də bu siyasətin bir təzahürüdür. Çünki siz - burada yaşayan insanlar yaxşı bilirsiniz ki, su həmişə insanları narahat edən bir problem olub.
Əvvəlki illərdə şəhərin bir hissəsi, özü də gündə bir neçə saat ərzində su ilə təmin olunurdusa, bu gün bu problem əsaslı şəkildə öz həllini tapıbdır və Gədəbəyə təmiz içməli su gətirilib. Hesab edirəm ki, bu layihə tarixi layihədir. Çünki tarixdə bu günə qədər bu problem heç vaxt öz həllini tapmamışdı. Bu layihənin həyata keçirilməsi üçün, əlbəttə, böyük vəsait tələb olunurdu. Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, insanlar təmiz içməli su ilə təmin olunsunlar. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. İndi Azərbaycanda içməli su layihələrinin icrası geniş vüsət alıb. Bir çox rayonda bu layihələr artıq istifadəyə verilib. İndi icra edilməkdə olan layihələr kifayət qədər çoxdur. Bir sözlə, qarşıya vəzifə qoyulmuşdur ki, bu problem Azərbaycanın bütün bölgələrində öz həllini tapsın və Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunsun. Hesab edirəm ki, bu, infrastruktur layihələri arasında ən önəmli layihələrdən biridir.
Gədəbəy rayonunda ekoloji vəziyyət çox yaxşıdır. Təmiz hava, təmiz ekologiya. Bura əslində kurort zonasıdır. Gədəbəy təbii bulaqlarla zəngin bir rayondur. Bu gün biz mineral sular zavodunda yeni xəttin açılışını da qeyd etdik və mənə deyildi ki, Gədəbəy rayonunda bir çox bulaqlar var. Belə olan halda, su xətləri çəkilməli, su şəbəkəsi yaradılmalı idi ki, əhali bu imkanlardan istifadə etsin. Biz buna nail olduq. İnsanların sağlamlığı üçün əlbəttə ki, ikinci mühüm amil tibb xidmətidir. Bu məsələ də Gədəbəydə həll olunubdur. Mənim bir neçə il bundan əvvəlki səfərimdə gözəl xəstəxana açılıbdır. İndi 120 çarpayılıq xəstəxana fəaliyyət göstərir.
Digər infrastruktur layihələri uğurla icra edilir. Bu gün elektrik yarımstansiyasının açılışını qeyd etdik. Bu problem də Gədəbəy şəhərində və rayonunda öz həllini tapır. Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrdə hava şəraitindən asılı olaraq işıqlar kəsilirdi, köhnə, çürümüş taxta dirəklər sıradan çıxırdı, - onların şəkilləri indi mənə təqdim olundu, - əlbəttə ki, bu, bizə yaraşmırdı. İndi həm yarımstansiya tikilib, həm yeni ötürücü xətlər çəkilib ki, Gədəbəy rayonunda enerji təminatı dayanıqlı olsun. Biz artıq buna nail olmuşuq.
Əvvəlki səfərlərimdə, - bu, mənim Gədəbəyə dördüncü səfərimdir, - vətəndaşlar məsələ qaldırmışdılar ki, kənd yolları bərbad vəziyyətdədir. Biz bu məsələni də tədricən həll etdik. Gədəbəydə üç kənd yolu layihəsi icra olunmuşdur və bu üç layihə 100-dən çox kəndi əhatə etmişdir. Əslində Gədəbəydə 100-dən bir qədər çox kənd var. Gədəbəydə bütün kənd yolları demək olar ki, əsaslı təmir edildi. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki yolların bərbad vəziyyətdə olması həm insanları narahat edirdi, gediş-gəliş çətinləşirdi, həm də bu, kənd təsərrüfatı üçün böyük problem idi. Gədəbəy rayonunun kənd təsərrüfatı, iqtisadi potensialı artır. Gözəl kənd yollarının mövcudluğu sizə imkan yaradacaq ki, öz məhsulunuzu bazarlara daha da tez bir zamanda çatdıra biləsiniz. Ümumiyyətlə, inkişaf üçün - turizmin, kənd təsərrüfatının inkişafı üçün yollar mühüm əhəmiyyət daşıyır.
Gədəbəy rayonunda qazlaşdırma 52 faiz səviyyəsindədir. Bu da rayonun relyefi ilə bağlıdır. Amma tədricən qazlaşdırma da artmalıdır. Beləliklə, rayonda bütün infrastruktur problemləri həll olunur. Eyni zamanda, sosial proqramlar da icra edilir, sənaye müəssisələri yaradılır. Mənə verilən məlumata görə, qızıl mədəni sahəsində 600-dən çox insan işlə təmin olunubdur. Gədəbəydə mineral sular zavodu çox yaxşı fəaliyyət göstərir. İndi yeni limonad zavodu da istifadəyə verilib. Bu, həm daxili bazarı təmin edir, eyni zamanda, ixrac potensialı da yaranır. Bu da rayonun iqtisadi inkişafına böyük dəstəkdir. Gələcək illərdə emal sənayesinin, kənd təsərrüfatının inkişafı əlbəttə ki, rayon üçün prioritet olaraq qalacaq. Biz hamımız - siz də, fermerlər də, sahibkarlar da növbəti illərdə bu istiqamətdə çalışmalıyıq ki, məhsuldarlığı artıra bilək. Mən yolla gələndə gördüm ki, fermerlər artıq dağların yamaclarında da əkin işlərinə başlamışlar. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, artıq bütün yerlər əkilib. Bu da çox sevindirici haldır ki, indi fermerlər artıq dağlara da çıxıblar və orada da əkin işləri aparırlar. Biz gələcəkdə istehsalın artımına ancaq məhsuldarlığın artımı hesabına nail ola bilərik. Dünən Göygöl rayonunda açılan kənd təsərrüfatı laboratoriyasının fəaliyyəti nəticəsində biz buna nail ola bilərik. Ona görə, bütün fermerlərə, kəndlilərə məsləhət görürəm ki, məhsuldarlığın artımına böyük diqqət göstərsinlər. Bu, ilk növbədə, onlara və dövlətə lazımdır. Çünki biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik.
Biz onu da bilməliyik ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır. Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var.
Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir. Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdırlar. Ancaq biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbəttə ki, bu, bizim qarşımıza yeni tələblər qoyur. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir, infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə, bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir, o cümlədən Gədəbəy rayonunda.
Gədəbəydə bir gündə həm yarımstansiyanın, həm limonad zavodunun, həm Heydər Əliyev Mərkəzinin açılışı, həm də içməli su layihəsinin istifadəyə verilməsi göstərir ki, ölkəmizdə işlər yaxşı gedir. Gədəbəy rayonunda sosial-iqtisadi məsələlər öz həllini tapır. Rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, yeni sərəncam imzalanacaq ki, bu günə qədər həll olunmamış məsələlər də öz həllini tapsın və rayonda işlər həmişə yaxşı getsin. Mən sizi bu gözəl hadisə - içməli su layihəsinin başa çatması münasibətilə ürəkdən təbrik edirəm.
x x x
Gədəbəyin inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlıq edən Məlahət Əliyeva dedi:
-Möhtərəm cənab Prezident, icazə verin bütün gədəbəylilər adından Sizi salamlayım və Sizə “Xoş gəlmisiniz” deyim. Cənab Prezident, bu gün gədəbəylilərin sevincinin həddi-hüdudu yoxdur. Sizin budəfəki səfəriniz şəhərimizin ən böyük probleminə son qoydu. Siz qeyd etdiyiniz kimi, uzun illər idi şəhər camaatı sudan çox böyük əziyyət çəkirdi. İnsanlarımız yollarda qalmışdı, müxtəlif vasitələrlə, müxtəlif mənbələrdən su daşıyırdılar. Artıq bu problem Sizin qayğı və diqqətiniz nəticəsində öz həllini tapdı. Şəhərimizin sakinlərinin canı bu əzab-əziyyətdən birdəfəlik qurtardı. Bütün bunlara görə Sizə gədəbəylilər adından minnətdarlığımızı bildiririk. Sizə və ailənizə cansağlığı arzulayırıq. Sağ olun.
x x x
Daha sonra Prezident İlham Əliyev “Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, Gədəbəy şəhərinin içməli su mənbəyi olaraq bulaqlar seçilib və bir suqəbuledici qurğu tikilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi həcmi 5500 kubmetr olan 7 su anbarı, 14,8 kilometr uzunluğunda magistral su kəməri və digər köməkçi infrastruktur inşa edilib. Bundan başqa, Gədəbəy şəhərində inşası planlaşdırılan 81 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin, şəbəkədaxili iki nasos stansiyasının tikintisi başa çatıb, 2300 evə birləşmə verilib və sayğaclar quraşdırılıb. Yeni yaradılan su təchizatı sistemi ilə Gədəbəy şəhərinə fasiləsiz suyun verilməsi təmin edilib.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Gədəbəy şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Layihəyə uyğun olaraq, 47,5 kilometr kanalizasiya şəbəkəsi və 1,5 kilometr kanalizasiya kollektoru tikilib. Şəhərdə yaranacaq tullantı sularının təmizlənərək kənarlaşdırılması üçün məhsuldarlığı gündə 3500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Hazırda tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosedurları davam etdirilir. Bundan başqa, şəhərin su mənbələri və su təchizatı qurğuları rayonun 11 min nəfər əhalisinin yaşadığı Düzyurd, Arıqdam, Yenikənd, Söyüdlü və Qaradağ kəndlərinin su tələbatı nəzərə alınmaqla layihələndirilib. Ümumilikdə bu layihədən gələcəkdə 23 min nəfər faydalanacaq.
Prezident İlham Əliyev Gədəbəy şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mühüm yol-nəqliyyat layihələri reallaşdırılır. Bu yollardan biri də Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yoludur. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.
Bildirildi ki, layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib. İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq.
Prezident İlham Əliyevə Gədəbəy rayonunda tikintisi başa çatmış avtomobil yollarının layihəsi barədə də məlumat verildi. Bildirildi ki, uzunluğu 5 kilometr, üçüncü texniki dərəcəli, 2 hərəkət zolaqlı Qızıltorpaq-Ağbaşlar avtomobil yolu istismara tam hazırdır. Bundan əlavə, 7 min əhalinin yaşadığı və beş yaşayış məntəqəsini birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka kəndlərarası avtomobil yolunun tikintisi də başa çatıb. Doqquz kilometr uzunluğu olan bu yol dördüncü texniki dərəcəlidir və iki hərəkət zolaqlıdır. İnşası başa çatmış yollardan biri də Qarıkənd-Miskinli-Çalburun avtomobil yoludur. Uzunluğu 16 kilometr olan bu yol da dördüncü texniki dərəcəli olmaqla iki hərəkət zolaqlıdır. Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, muzeydə həm ölkəmizin, həm də Şəmkirin tarixini əks etdirən eksponatlar var. Bu eksponatlar turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Tarix-Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb. Bu işlər ötən ilin noyabrında başa çatdırılıb. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlar var. Prezident İlham Əliyev yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və eksponatlarla tanış oldu.
Bildirildi ki, muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var. Binanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə mərkəzin binasının rəmzi açılışını bildirən lenti kəsdi. Mərkəzin binasında yaradılmış stendlərdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin elektroenergetika sahəsinin inkişafındakı xidmətlərini əks etdirən fotolar yer alıb. “Azərişıq” ASC-nin sədri Baba Rzayev mərkəz barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, bu layihənin icrası ilə alçaq gərginlikli və yüksək gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin real vaxt rejimində monitorinqi, abonent məmnunluğunun təmin olunması məqsədilə fasiləsiz elektrik enerjisinin parametrlərinə nəzarətin təşkili, 10 və 0,4 kV-luq elektrik şəbəkələrində açma-qoşmaların real vaxt rejimində qeydiyyatının aparılması mümkün olacaq. Bundan başqa, sayğacların göstəricilərinin on-line rejimdə oxunması təmin ediləcək, insan amili aradan qaldırılacaq, qəzaların qarşısının alınması təmin olunacaq. Prezident İlham Əliyevə respublikada ilk dəfə aşağı gərginlikli 10/0,4 kV-luq şəbəkənin avtomatik idarəetmə və nəzarət layihəsi də təqdim olundu. Dövlətimizin başçısı sistemi işə saldı.
Prezident İlham Əliyevə Şəmkir Elektrik Şəbəkəsində son illərdə görülən işlər barədə də məlumat verildi. Son iki il yarım ərzində şəbəkənin xidməti ərazisində bir sıra vacib işlər görülüb. Rayon mərkəzi, şəhər tipli 4 qəsəbə, 61 kənddən ibarət olan, ümumilikdə 52100 abonentə və bununla da 210 mindən artıq əhaliyə xidmət edən Şəmkir Elektrik Şəbəkəsində köhnə tipli transformator məntəqələri yeniləri ilə əvəz edilib. Ümumilikdə, Şəmkir Elektrik Şəbəkəsinin qoyuluş gücü 35 MVA artırılıb. Ümumilikdə, “Azərişıq” ASC dövründə Şəmkir Elektrik Şəbəkəsində 16 kilometr uzunluğunda 35 kV-luq, 126 kilometr uzunluğunda 6-10 kV-luq, 130 kilometr uzunluğunda 0,4 kV-luq xətlər yenidən qurulub. Həmçinin istismara yararsız 5504 sayğac dəyişdirilib, 1846 yeni sayğac quraşdırılıb. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub. Bu gün artıq hamıya məlumdur ki, Azərbaycan ordusu nəinki regionun, eləcə də dünyanın ən peşəkar ordularından biridir. Şübhəsiz ki, peşəkar ordu xalqın müstəqilliyinin əbədi olmasını şərtləndirən mühüm amillərdəndir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünü daha da artırır. Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının alınması da son illərdə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə 2013-cü ildə Türkiyə Respublikasının “Turmaks” firmasından ən müasir tibbi avadanlıqla təchiz edilmiş Mobil Səhra Cərrahiyyə Hospitalı alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib. Əsas hissəsi 8 konteynerdən və 9 çadırdan ibarət olan mobil hospitalda gün ərzində 100 cərrahi əməliyyat aparmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına səyyar hospital barədə məlumat verildi. 2013-cü ilin iyun ayının 24-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında açılaraq dövlətimizin başçısına təqdim edilən bu Mobil Səhra Cərrahiyyə Hospitalı Silahlı Qüvvələrə təhvil verildiyi gündən indiyədək döyüş bölgələrində təyinatı üzrə fəaliyyət göstərib, 2016-cı ilin aprel döyüşlərində yaralı və xəstələrə tibbi yardım göstərilməsi zamanı praktiki olaraq sınaqdan keçirilib. Hospital 2,5 min kvadratmetr sahədə açılır. Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirə bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür. Hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin diaqnostika çadırlarından ibarətdir. Diaqnostika çadırında müayinələr aparmaq üçün rəqəmsal rentgen, USM, 12 kanallı elektrokardioqraf aparatları və 24 göstəricini eyni zamanda verən qan analizatoru mövcuddur. Həmçinin hospitalın 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 müalicə çadırı var. Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gətirilməsindədir. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospital şəxsi heyətin yataqxanası, aptek, mətbəx, hamam və sanitar qovşaqla təchiz olunub. Bütün konteynerlərdə və çadırlarda işıq, mərkəzləşdirilmiş havalandırma və yanğın əleyhinə xüsusi sistemlər quraşdırılıb. Mobil Səhra Cərrahiyyə Hospitalının tam həcmdə fəaliyyəti üçün 25 nəfər həkim və digər hərbi qulluqçular, ümumilikdə 88 nəfər nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verdi. Bildirildi ki, “Azərxalça” ASC-nin Şəmkir filialının binasının tikintisinə 2016-cı ildə başlanılıb və inşaat işləri bu il başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris kursları filial fəaliyyətə başladıqdan sonra da davam etdiriləcək və məzunlara “Azərxalça” ASC-nin sertifikatı veriləcək. Satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatının sərgilənməsi və satışı həyata keçiriləcək. Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşdü.
Xalçaçı İlhamə Məmmədova dedi:
-Cənab Prezident, mənim uşaqlıqdan arzum bu idi ki, xalça toxuyum. Xalça toxumaq biz Azərbaycan qadınlarının qanında var. Bizim nənələrimiz də xalça toxuyublar. Təəssüf ki, mən onlardan birini görüb öyrənə bilməmişdim. Çox sevinirəm ki, məhz Sizin sayənizdə burada yaradılmış müəssisədə qısa müddət ərzində xalça toxumağı öyrəndim. İndi burada mənim gözəl kollektivim və daimi iş yerim var. Bunun üçün Sizə çox minnətdaram.
Mən buraya Şəmkirin Qapanlı kəndindən gəlirəm. Buraya işləmək üçün rayonumuzun Qaracaəmirli, Seyfəli və digər kəndlərindən, həmçinin Gəncəbasardan gələnlər var. Biz müxtəlif ölçülərdə xalçalar toxuyuruq. Biz işimizdən çox razıyıq. Sizə çox minnətdarıq ki, bizim üçün belə şərait yaratmısınız. Göstərdiyiniz bu qayğıya və diqqətə görə çox sağ olun. Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Prezident İlham Əliyev dedi:
-Çox sağ olun. Mən də sizi xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Çox gözəl hadisədir. Bu, artıq ikinci xalça fabrikidir ki, Azərbaycanda açılır. Birinci fabriki biz keçən il Füzuli rayonunun Horadiz şəhərində açmışıq. Orada 150 iş yeri yaradılmışdır. Burada da 150 nəfər işlə təmin olunacaq. Burada işləyənlərin demək olar ki, hamısı qadınlardır. Bu xalça fabriklərinin yaradılması çox əlamətdar hadisədir.
Bir müddət bundan əvvəl mənim sərəncamımla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin qarşısında vəzifə qoyulmuşdur ki, tezliklə ölkəmizin bütün bölgələrində xalça fabrikləri yaradılsın. Bu il 10 fabrik, gələn il də 10, 2019-cu ildə də əlavə 10 fabrik yaradılacaq. Beləliklə, Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq. Bu fabriklərdə 5 mindən çox insan, - onların mütləq əksəriyyəti qadınlar olacaq, - daimi işlə təmin ediləcək.
Bu, çox gözəl təşəbbüsdür. Çünki xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Əsrlər boyu biz bu sənəti yaşadırıq. Biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq bizim milli sənətimizdir. Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçalılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız.
Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində, müxtəlif ölkələrin saraylarında nümayiş etdirilir. Bakıda möhtəşəm Xalça Muzeyi yaradılmışdır. İndi xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlər də görülür və bu fabriklərin yaradılması bunun bir hissəsidir. Çünki bu, həm iş yerləridir, həm biz tarixi sənətimizi, sərvətimizi qorumuş oluruq, həm də qadınlar üçün iş yerləri yaradılır. Bu da çox vacibdir ki, qadınlar işlə təmin olunsunlar, ailə büdcəsinə öz töhfəsini versinlər və işlə məşğul olsunlar, xüsusilə belə gözəl şəraitdə.
Bu fabrik ən müasir standartlara cavab verir. Burada ən gözəl dəzgahlar quraşdırılıb. Sizin istehsal etdiyiniz xalçalar həm daxili bazarlarda, həm də xaricdə satılacaq. Ölkəmizə daha çox valyuta gələcək, ölkəmiz və qədim xalçaçılıq sənətimiz dünyada nümayiş etdiriləcək. İndi bir çox ölkələrdə bilirlər ki, Azərbaycanda xalçaçılıqda çox gözəl ənənələr var və xarici bazarlara çıxmaqla biz bu məqsədi də təmin etmiş oluruq. Ölkəmizin təbliğatı, tanıdılması istiqamətində bunun çox böyük mənası var.
Növbəti mərhələlərdə əyirici-boya fabrikinin yaradılması nəzərdə tutulur ki, biz boyalarla bağlı xaricdən asılılığı azaldaq. Yun tədarükü məsələləri öz həllini tapır. Eyni zamanda, bilirsiniz ki, Azərbaycanda ipəkçilik də sürətlə inkişaf etdirilir. İpək xalçaların toxunması da gündəlikdədir. Yəni, “Azərxalça”nın yaradılması həm xalçaçılıq sənətinin qorunmasına, həm də qeyri-neft sektorunun inkişafına çox böyük təkan vermişdir. Şadam ki, ikinci fabrik Şəmkir rayonunda yaradılıb. Şəmkir qədim Azərbaycan diyarıdır. Bu gün Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar, fotoşəkillər bunu bir daha göstərir. Burada böyük arxeoloji ekspedisiya fəaliyyət göstərir və qədim Şəmkir şəhərinin tarixi tapıntıları artıq nümayiş etdirilir.
Şəmkirin inkişafına çox böyük diqqət göstərilir. Bu gün şəhər gözəlləşir, abadlaşır. Deyə bilərəm ki, Şəmkir ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Şəmkirdə həm abadlıq-quruculuq işləri, eyni zamanda, infrastruktur məsələləri həll olunur. Dörd il bundan əvvəl mənim iştirakımla şəhərin içməli su təminatı layihəsi istifadəyə verilmişdir. Bu gün 200 çarpayılıq böyük xəstəxananın tikintisi davam etdirilir, gələn il istifadəyə veriləcək. Yeni yollar salınır. Bu gün biz yol layihəsinin də açılışını etdik. Elektrik enerjisi ilə təminat yaxşılaşır, qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, 30-dan çox məktəb tikilib, təmir edilib. Yəni, rayonun hərtərəfli inkişafı təmin olunur.
Şəmkir rayonunun çox böyük iqtisadi potensialı var. Burada kənd təsərrüfatı, emal sənayesi inkişaf edir. Şəmkirçay su anbarının istifadəyə verilməsi nəticəsində on minlərlə hektar torpaqda əkin işləri aparılır. Ölkəmizin ən böyük aqroparkı yaradılır. Bu gün Logistika Mərkəzinin açılışı da nəzərdə tutulur. Belə gözəl fabrikin açılışı da Şəmkir rayonunun iqtisadiyyatına növbəti töhfədir. Mənim göstərişim “Azərxalça” tərəfindən layiqincə yerinə yetirilir. Qısa müddət ərzində biz ikinci fabrikin açılışına nail olduq. Bu iki fabrikdə 300 iş yeri yaradılmışdır və qeyd etdiyim kimi, bu iş yerlərinin sayı 5 minə çatacaq. Sizə uğurlar arzulayıram. Arzu edirəm siz öz biliyinizi gənc nəslə də ötürəsiniz ki, Azərbaycanda xalçaçılıq sənəti daim yaşasın.
İlhamə Məmmədova: Cənab Prezident, Siz Horadizdə xalça fabrikinin açılışını edəndə evdə baxıb deyirdim ki, kaş bizim də rayonumuzda belə bir müəssisə açılardı. Mən bunu çox arzulayırdım. Xalçaçılıq sənətini çox sevirəm. Hər dəfə hana arxasında əyləyib xalça toxuyarkən Sizə dua edirəm, ilk növbədə ona görə ki, öz sevimli peşəmə qovuşmuşam.
Prezident İlham Əliyev: Çox sağ olun. Onu da qeyd etməliyəm ki, qonşu rayonlarda da xalça fabriklərinin açılışı nəzərdə tutulur.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov: Cənab Prezident, Tovuz, Ağstafa və Qazaxda da bu ilin sonuna qədər fabriklərin açılması nəzərdə tutulur. O rayonların toxucuları da burada hazırlıq kursu keçirlər, biz həm də onları işə götürmüşük. Fabriklər hazır olandan sonra həmin üç rayonda 450 nəfər işlə təmin olunacaq.
Prezident İlham Əliyev: Bu zonanın xalçaçılıq sənəti çox zəngindir, qədim ənənələri var.
Xalçaçı Zəminə İsgəndərova dedi:
-Xoş gəlmisiniz, cənab Prezident. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Həm Sizi görməyi, Sizinlə söhbət etməyi Allah bizə qismət etdi. Həm də bizə belə gözəl iş yerləri yaratdığınıza görə Sizə minnətdarıq. Sizə kollektivimiz adından təşəkkür edirik. Mən Şəmkir rayonunun Tatarlı kəndindənəm. Bu sənəti çox sevirəm. Nənəmizdən, anamızdan görüb-götürdüyümüz bir sənətdir. Bu sənəti qızıma da öyrədirəm. Biz nənələrimizin davamçılarıyıq, qızlarımız da bizim davamçılarımız olacaqlar. Cənab Prezident, sizə çox minnətdarıq. Biz Sizi çox istəyirik.
Prezident İlham Əliyev: Sağ olun. Mən də sizi çox istəyirəm.
Xalçaçı Solmaz Cəlilova dedi:
-Cənab Prezident, mənim birinci arzum odur ki, Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin. Çox sevinirik. Biz Sizinlə fəxr edirik. Bizə yaratdığınız bu şəraitə görə çox sevinirik.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən sizdən çox sevinirəm.
Solmaz Cəlilova: İki şəhid bacısı, iki veteran anası kimi mənim ikinci arzum odur ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunsun, Cocuq Mərcanlı kimi abadlaşsın, gözəlləşsin. Sizə böyük nailiyyətlər, xoş günlər, əsas nemət olan cansağlığı arzulayıram.
Prezident İlham Əliyev: Sağ olun.
x x x
Prezident İlham Əliyev fabrikdə toxunması başa çatmış xalçanı kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin avqustun 20-də açılışı olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev açılışda iştirak edib. Prezident İlham Əliyev Logistika Mərkəzini işə saldı. Məlumat verildi ki, ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib. Mərkəzin inzibati binasında hüquq, maliyyə, biznesin inkişafı departamenti yerləşir. Burada tibb otağı və mətbəx də var.
Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur. “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun olmaqla mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir.
Dövlətimizin başçısına aqroparkın “Ceyrançöl” massivi ərazisində yerləşən hissəsində görülən işlər barədə də məlumat verildi. İri taxılçılıq, bitkiçilık və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilməsi təmin edilib. Ərazidə lazımi infrastrukturun yaradılması üçün Prezident İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 oktyabr tarixli sərəncamlarına əsasən dövlət büdcəsindən 3 milyon 200 min manat vəsait ayrılıb. Aqropark üçün “New Holland” markalı 10 müasir traktor, 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlığı lizinq yolu ilə alınıb, ümumi tutumu 15 milyon kubmetr olan 3 sututar inşa edilib, sahəsi 2016 kvadratmetrə çatan anbar yaradılıb. Ərazidə böyük gücə malik elektrik yarımstansiyası və 6 transformator quraşdırılıb, ümumilikdə 35 kilometr uzunluğunda elektrik xətti çəkilib. İki üzən ponton üzərində 3 yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən alınmış müxtəlif radiuslu 14 müasir pivot suvarma aqreqatı və avadanlığı quraşdırılıb. Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib. Nəticədə pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14 min ton məhsul yığılıb və İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.
Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsərrüfatının ümumi daxili məhsulda pay nisbətini artırmağa, əhalini yerli keyfiyyətli məhsullarla təmin etməyə yönəlib. Logistika Mərkəzində sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə “bir pəncərə” sistemi qurulub. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Atabank” kommersiya bankının müvafiq strukturları fəaliyyət göstərəcək.
“Şəmkir Aqroparkı”nın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25 meqavat gücündə elektrik stansiyası tikilib, saatda buraxılış gücü 18 min kubmetr olan 9 kilometr uzunluğunda qaz xətti, 48 portluq 22 kilometr fibrooptik rabitə xətti çəkilib. Hazırda 11 kilometr uzunluğunda dəmir yolu xəttinin inşası da layihələndirilir. Sonda dövlətimizin başçısı aqroparkda və Logistika Mərkəzində yaradılan imkanlardan daha səmərəli istifadə olunması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.