Bu gün Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, təzyiqlər fonunda Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir. Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirovun sözlərinə görə, NATO-nun keçirdiyi hərbi təlimlərə qatılması onu təsdiq edir ki, Ermənistan hər cür satqınlığa hazırdır:
"Rusiya-NATO münasibətləri olduqca bərbad vəziyyətdədir və bir çox hallarda hətta düşmən münasibətlərindən söhbət gedir. NATO Rusiyanı özü üçün ən ciddi təhlükə mənbəyi hesab edir və eyni zamanda Rusiya da NATO-ya eyni mövqedən yanaşır. Belə olan vəziyyətdə özünü Rusiyanın müttəfiqi sayan Ermənistanın NATO ilə əməkdaşlıq etməsi, onun hərbi təlimlərinə qatılması bir məlum həqiqəti növbəti dəfə təsdiqləmiş olur - Ermənistanda bir xunta rejimi oturub və həmin xunta rejimi hər cür satqınlığa hazırdır".
Deputat vurğulayıb ki, bu hadisə Rusiya ictimaiyyəti, Rusiya hakimiyyəti üçün də bir həqiqəti növbəti dəfə təsdiqləyir: "Heç vaxt Ermənistandakı hakimiyyətə etibar etmək olmaz. Ermənistanın satqın mövqeyini Avropada da, Rusiyada da çox gözəl bilirlər”.
yap.org.az