Avropa Şurası ölkələri arasındakı münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edəcək. SİA-nın xəbərinə görə, bu barədə Alt Komitənin sədri Ştefan Şennak məlumat verib.Onun sözlərinə görə, onun sədrliyi ilə keçəcək görüş ATƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə baş tutacaq.Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni alt komitəsinin sədri seçilib. Ş.Şennak həmçinin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.
sia.az