Milli Məclisin deputatı Əsabil Qasımov VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etmək üçün sentyabrın 27-dən 29-dək Rusiya Federasiyasının Stavropol şəhərinə səfər edəcək.Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı, hər iki ölkədə turizmin inkişafına investisiyanın cəlb edilməsi amili, səhiyyə, əczaçılıq, aqrosənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə həsr edilmiş dəyirmi masalar keçiriləcək.Deputatımız müzakirə edilən məsələlərin müzakirəsində fəal iştirak edəcək.
sia.az