PDF Oxu

Siyasət

  • 7 945

PA rəsmisi: "4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib”

PA rəsmisi: "4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib”

“Cinayət Məcəlləsində dəyişikliklər haqqında qanun layihəsi 1999-cu ildə qəbul olunan layihədən sonra ən böyük qanun layihəsi hesab oluna bilər. Qanunda Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub”. SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev Milli Məclisdə qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxış edərkən deyib.Cinayət Məcəlləsindən bir sıra maddələrin çıxarıldığını deyən setor müdiri bildirib ki, cinayət tərkiblərin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb: “Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Digər istiqamət isə bir sıra cinayət əməllərinə görə, cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılmasına nail olmaqdır. Bu əməllərə görə hədd 5 dəfə artırılıb. Nəticədə mülkiyyət əleyhinə bir sıra əməllər dekriminalaşdırılıb. Həmin əməllərin dikreminalaşdırıllması o demək deyil ki, biz həmin şəxsləri cəzasız məsuliyyətdən kənar qoyacağıq. Həmin əməllər İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar”.V. İsayev söyləyib ki, həddin 5 dəfə artırılması mülkiyyət əleyhinə bəzi cinayətlərə aid edilmir: “Məsələn yaşayış sahəsinə daxil olmaq, təkrar törədilən cinayətlərə görə həmin hədd əvvəlki həddə saxlanııb. Bu da həmin əməllərin ictimai təhlükəsi ilə bağlıdır. Təhlillər aparılarkən məlum oldu ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə, azadlıqdan məhrum etməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə sanksiyaların sayı 60 faizə yaxın idi. Belə halda azadlıqdan məhrum etə ilə bağlı olmayan yeni növ cəzanın- azadlığın məhdudlaşıdırılması cəzasını Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik”.“Əvvəllər Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması növü olub. Lakin bu tamamilə fərqli cəza növüdür. Cəza Cinayət Məcəlləsinə qəbul olunarkən şəxslərin xüsusi müəssisələrdə saxlanmasını nəzərdə tuturdu. Lakin sonrada cəza effekt vermədiyi üçün Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti tamamilə dəyişdirilib. Yeni cəza növünə nəzarətdə elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunacaq. Yəni şəxslərə elektron nəzarət aparılacaq, azadlığı məhdudaşdırılmış şəxslərə elektron nəzarət vasitələri tətbiq edildiyi halda, həmin şəxs bu cəzanı icra etmiş olacaq. Elektron monitorinq sistemi bu şəxslərin yerləşdirilməsi ilə bağlı konkret məlumatlara malik olmaqla qanunun icrasının effektivliyini təmin edəcək. Cinayət törədən şəxslərə elektron qolbağı tətbiq olunacaq. Azadlığı məhdudlaşdırılan şəxslər yalnız bu sistem tətbiqi edildiyi vaxtdan bu cəzanı icra etmiş olacaqlar”- deyə, sektor müdiri vurğulayıb.Azadlığın məhdudlaşdırılmasının mahiyyətini açıqlayan V. İsayev deyib ki, cinayət törədən şəxslər elektron sistem vasitəsilə yaşadığı ərazidən kənara çıxa bilməyəcək: “Eyni zamanda həmin şəxsin müəyyən ərazi çərçivəsinin məhdudlaşdırılması həyata keçiriləcək. Hüquq-mühafizə orqanları həmin şəxslərin yerdəyişməsi haqqında məlumata malik olacaqlar. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Bu sistemin tətbiqi dünya təcrübəsinə əsasən aparılan statistikaya görə, cəzaların 92 faizinin azalmasına, həmin şəxslərin cinayətdən yayınması hallarının isə 94 faiz azalmasına səbəb olub”.“Cinayət Məcəlləsində nəzərdə tutulan humanistləşdirmək və liberallaşdırma, burada nəzərdə tutulan azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılmasındada özünü göstərir. Bütövlükdə 36 cinayətə görə azadlıqdan məhrum etmə cəzasının hədləri aşağı salınıb. Nəticədə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan, az ağır kateqoriyaya keçirilib. 13 sanksiyada isə azadlıqdam məhrum etmə cəzasının hədləri dəyişdirilib”.- deyə, sektor müdiri qeyd edib.PA rəsmisi əlavə edib ki, qanun layihəsinə əsasən narkotik maddədən istifadə edən şəxslərə də güzəştlər nəzərdə tutulur: “Belə ki, həmin şəxslər məhkəmənin qərarı ilə stasionar şəkildə müalicə olunacaqlar. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayətdən azad olunacaq. Bu narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə aiddir. Bu dövlətin üzərinə götürdüyü böyük bir addımdır və həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar. Əgər hər hansı bir şəxs müalicə olunmaqdan yayınar və azadlığa çıxdıqdan sonra ikinci dəfə bu əməli törədərsə, o zaman həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

sia.az

Digər xəbərlər