PDF Oxu

Siyasət

  • 3 699

"Anti-Azərbaycan fikirlər səsləndirən insanlar əsl türk deyillər" AÇIQLAMA

"Anti-Azərbaycan fikirlər səsləndirən insanlar əsl türk deyillər" AÇIQLAMA

“Bir qrup türkiyəli yazarın Dağlıq Qarabağa səfəri Ermənistan tərəfindən xüsusi hazırlanmış bir səfər idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, bu, Ermənistan tərəfindən Azərbaycana yönəlik siyasi provokasiyadır: “Ermənistan Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu yaxşı bilir və bu münasibətləri pozmağa çalışır. Anti-Azərbaycan fikirlər səsləndirən insanlar əsl türk deyillər. Bu insanları Türkiyə xalqı və cəmiyyəti ilə üzləşdirmək düzgün deyil. Türkiyə xalqı öz vətəndaşlarının bu hərəkətlərini pisləyir. Eyni zamanda, onlar bizim torpaqlarımıza qeyri-qanuni daxil olublar və onlar haqqında axtarış verilib. Onlar Azərbaycan məhkəməsi qarşısında cavab verməlidirlər və verəcəklər”.Millət vəkili qeyd edib ki, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. Belə erməni satqınları öz siyasi təxribatçı hərəkətləri ilə ölkələrimiz arasındakı yüksək dostluq münasibətlərinə heç vaxt xələl gətirə bilməzlər. Azərbaycan həmişə Türkiyənin, Türkiyə də Azərbaycanın yanında olub və belə satqınların olmasına baxmayaraq bu həmişə də belə olacaqdır.

sia.az

Digər xəbərlər