PDF Oxu

Siyasət

  • 5 930

Eldar İbrahimov: "3 oktyabr 1993-cü il tarixi bir gündür"

Eldar İbrahimov: "3 oktyabr 1993-cü il tarixi bir gündür"

"Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrın 3-də keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycan tarixinin ən şərəfli, ən önəmli səhifələrindən biridir"

"Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və 1993-cü ilin oktyabrın 3-də keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycan tarixinin ən şərəfli, ən önəmli səhifələrindən biridir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov bildirib.Onun sözlərinə görə, 1992-1993-cü illərdə AXC-Müsvat hakimiyyətinin səhv, düşünülməmiş siyasəti nəticəsində Azərbaycanda vəziyyət həddindən artıq ağır idi, xalqın sabaha inamı itmiş, dövlət müstəqilliyimiz itirilmək təhlükəsi qarşıaında qalmışdı: "Ona görə də Azərbaycan xalqı birmənalı mövqe ortaya qoyaraq təkidli tələblə Ulu Öndərimiz Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu hadisələr o zamana təsadüf edirdi ki, Gəncə də qardaş qırğını baş vermişdir. Bakıya gələn Ulu Öndər Heydər Əliyev ayın 13-də Gəncəyə getdi. Onun gəlişi ilə gərginlik tədricən aradan qalxmağa başladı. 15 iyunda Ulu Öndərimiz Ali Sovetin sədri seçildi. Həmin tarixi gün Azərbaycan xalqının Qurtuluşu Günü oldu".E.İbrahimov bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ölkədə prezident seçkiləri təyin olundu və xalqın istək və tələbi ilə Ulu Öndər Heydər Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü: "3 oktyabr 1993-cü ildə keçirilən seçkilərdə Dahi Öndərimiz xalqın dəstəyini qazanmaqla Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra qoçu dəstələri ləğv olundu, hərc-mərclik aradan qaldırıldı, əmin-amanlıq, sabitlik yaradıldı, iqtisadi inkişafa, sosial tərəqqiyə nail olundu. 1994-cü ilin 12 may tarixində Ermənistanla atəşkəs əldə olundu. Bundan sonra 1994-cü ilin 20 sentyabrında dünyanın nufuzlu neft şirkətləri ilə "Əsrin Müqaviləsi" imzalandı".E.İbrahimov o zaman baş verən hadisələrə istinad edərək bildirib ki, 1993-cü ilə qədər dünyada Azərbaycan adlı bir ölkə tanımırdılar, Azərbaycana heç kəs də gəlmirdi və bilirdilər ki, Azərbaycan dağılmış bir ölkədir: "Amma 1994-cü ildə Heydər Əliyev nüfuzuna, Heydər Əliyev Şəxsiyyətinə, Heydər Əliyev dühasına bələd olan 11 transmilli şirkət Azərbaycana gəldi, "Əsrin Müqaviləsi"ndə iştirak etdi və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin əsası qoyuldu. Biz artıq öz neft məhsullarımızı, enerji sahəsidə də Avropanı təmin edirik. Bunun özü çox böyük bir uğurlu layihələrdir və bu layihələrin nəticəsində Azərbaycan özünü dünyada tanıdıb, nufuzlu dövlət olub. 1993-cü ilə qədər biz kimdənsə, hansısa ölkədən asılı idik, amma indi başqaları gəlir bizdən xahiş edir ki, qoy neft boru kəməri bizim ölkəmizdən keçsin. Yəni ölkələri bu lahihələrdən mənfət əldə edə bilsin. Hazırda TANAP layihəsi icra olunur, bu layihə Türkiyədən, Yunanıstandan keçib İtaliyaya qədər çatır. Bugunki layihələrin də həyata keçirilməsi Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Biz neft ölkəsiyik və neft ölkəsi olaraq dünya bazarında neftin qiyməti qalxdıqca ölkəmizə valyuta gəlir. Bu da insanların sosial-rifah halının daha da yaxşılaşdırılnmasına, quruculuq-abadlıq işlərinin daha geniş şəkildə həyata keçirilməsinə imkanlar yaradır. Ancaq, bu gün Möhtərəm Prezidentimizin məqsədi, məramı həm də qeyr-neft sektorunu inkişaf etdirməkdir. Artıq uğurlar var. Qeyri-neft sektorunun ən prioritet sahəsi olan kənd təsəttüfatı inkişaf etdirilir. Bu istiqamətdə Cənab Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb. Bunun nəticəsi olaraq da kənd təsərrüfatında bu gün çox böyük dirçəliş var və kənd təsərrüfatı məhsullarını xaricə çıxarmaqla ölkəmizə demək olar ki, xeyli vəsait daxil olur. Bugünki görülən işlərin və əldə olunan naliyyətlərin əsası məhz 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə qoyulub. Bu siyasət də bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

sia.az

Digər xəbərlər