Bu gün YAP Yasamal rayon təşkilatının Həsən bəy Zərdabi 88 A ünvanında yerləşən ərazi ilk partiya təşkilatının Yeni Azərbaycan Partiyasınnı yaradılmasının 25 illiyi münasibətilə tədbiri keçirildi.Tədbirdən öncə Dövlət Himni səsləndirildi.Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədr müavini İbad Abbasov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə qısa nəzər salaraq, o dövrün çətinliklərindən danışdı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoydu: "YAP tarixi zərurətdən yaranaraq, qısa zaman kəsiyində ümumxalq partiyaya çevrildi və bu gün 700 mindən artıq üzvü ətrafında birləşdirib".Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov YAP-ın yaranmasının müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri olduğunu bildirdi: "Bu gün siyasi mübarizələrlə dolu şərəfli bir yol keçən Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın həyatında mühüm rol oynayır. YAP hər zaman dünəninə hörmət, gələcəyinə rəğbətlə yanaşır. Bu da partiyamızda yaşlı nəsillə bərabər, qadınlara, gənclərə olan inamın təcəssümüdür. Ona görə də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası kimi xalqımızın həyatında öz sözünü deməyə qadir olan partiyadır".Rayon təkilat sədri bildirdi ki, hazırda dünyanın inkişaf etmiş, demokratik prinsiplərinə sadiq, hüquqi dövlətləri sırasında mühüm yeri olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının xidmətləri danılmazdır və misilsizdir.T.Əhmədov vurğuladı ki, hər zaman Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyalarını yaşadan YAP gələcəkdə də Ulu Öndərin siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. O, tədbir iştirakçılarını tarixi gün - Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibəti ilə təbrik etdi.
sia.az