PDF Oxu

Siyasət

  • 5 770

Silsilə tədbirlər davam etdirilir

Silsilə tədbirlər davam etdirilir

Nizami rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir. SİA-nın məlumatına görə, YAP Nizami rayon təşkilatının 4 saylı Vərəm Əleyhinə Dispanseri və 19 saylı Uşaq Poliklinikası ərazi ilk partiya təşkilatlarında təşkil olunan tədbirlərdə partiyanın yaranmasından, inkişafından, Azərbaycanın tərəqqisindəki yeri və rolundan danışılıb.Ulu öndər Heydər Əliyevin ideyalarının daşıyıcı olan YAP-ın bu gün Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin hərtərəfli inkişaf etdirilməsi və siyasi-ideoloji maarifləndirilmənin genişləndirilməsi prosesindəki əhəmiyyətindən də bəhs edilib.Tədbirlərdə partiya işində xüsusi fəallığı ilə seçilənlərə fəxri fərmanlar təqdim edilib.

sia.az

Digər xəbərlər