PDF Oxu

Siyasət

  • 5 574

Bakıda MDB Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın iclası keçirilir

Bakıda MDB Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın iclası keçirilir

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi və MDB dövlətlərinin Antiterror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası keçirilir.SİA-nın məlumatına görə, məsləhətləşmənin keçirilməsinin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ekstremizim və terrorizmə qarşı effektiv texnologiyaların yaradılmasıdır.Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İsmayıl Bağırov DTX rəisi Mədət Quliyevin qonaqlara salamını çatdırıb.

sia.az

Digər xəbərlər