Nizami rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir. YAP Nizami rayon təşkilatının “Bakı Texniki Kollec” və “Ticarət Mərkəzi” ərazi ilk partiya təşkilatlarında təşkil olunan tədbirlərdə partiyanın yaranmasından, inkişafından, Azərbaycanın tərəqqisindəki yeri və rolundan danışılıb.Tədbirlərdə Ulu öndər Heydər Əliyevin ideyalarının daşıyıcı olan YAP-ın bu gün Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin hərtərəfli inkişaf etdirilməsi və siyasi-ideoloji maarifləndirilmənin genişləndirilməsi prosesindəki əhəmiyyətindən də bəhs edilib.Çıxış edənlər qeyd ediblər ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Qeyd edib ki, 700 mindən çox üzvü olan partiya ötən 24 ildə çətin və şərəfli yol keçib. Müstəqilliyimizin ilk illərində tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa zamanda iqtidar partiyasına çevrildi. Bu bir faktdır ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaradılması mühüm ictimai-siyasi hadisə kimi tarixə düşdü. Məhz, bu gün Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. Ən əsası isə, Yeni Azərbaycan Partiyası siyasi palitranın ən güclü və nüfuzlu ictimai-siyasi təşkilatı olmaqla bərabər, vətəndaşların yekdil seçimi kimi çıxış edir.Tədbirlərdə partiya işində xüsusi fəallığı ilə seçilənlərə fəxri fərmanlar təqdim edilib, partiyaya yeni qəbul edilmiş üzvlərə isə vəsiqələr təqdim olunub.
sia.az