İran ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir və iki qonşu dövlət arasında qarşılıqlı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Bu sözləri İranın iqtisadiyyat və maliyyə naziri, İran-Azərbaycan dövlətlərarası müştərək iqtisadi komissiyanın yeni həmsədri Məsud Kərbəsian deyib.
Nazir qeyd edib ki, Prezident Həsən Ruhaninin xüsusi tapşırığı ilə oktyabrın 26-da Bakıya səfər edir. O deyib ki, səfər çərçivəsində azərbaycanlı həmkarı və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi məsələləri müzakirə ediləcək.
yap.org.az