PDF Oxu

Siyasət

  • 3 761

Millət vəkili: “Sarksiyan “siyasi kukla”ya çevrilmiş bir adamdır” MÜNASİBƏT

Millət vəkili: “Sarksiyan “siyasi kukla”ya çevrilmiş bir adamdır” MÜNASİBƏT

“Bu gün nə Ermənistanın özü müstəqil dövlətdir, nə Serj Sarkisyan Ermənistanın müstəqil prezidentidir, nə də o öz bildiyi kimi hərəkət edən bir insandır. O artıq “siyasi kukla”ya çevrilmiş bir adamdır”. Bunu SİA-ya açıqlamasında “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib. Onun sözlərinə görə, Sarkisyan oyunbazlıq edir və oyunla məşğuldur: “O həm istəyir erməni diasporunın yanında yeri xoş olsun, həm də istəyir ki, Ermənistanda rəğbət qazansın. Çünki bu insan hakimiyyətini davam etdirmək istəyir. Bütün bu oyunlar gec-tez açılır. Azərbaycan Prezidenti dünyada sözünün sahibi olan, qətiyyətli, uzaqgörən bir liderdir. Sarkisyan isə əksinə yalançı, riyakar, verdiyi sözə əməl etməyən bir marionet prezident kimi tanınır. Onun Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra sərsəm bəyanatlar verməsi hamı tərəfindən gözlənilirdi. Çünki bu ilk deyil. Amma heçnə onu xilas edə bilməyəcək. Rəsmi İrəvan nə qədər tez sülhə gəlsə bu dövlət, xalq üçün bir o qədər faydalıdır”.

sia.az

Digər xəbərlər