PDF Oxu

Siyasət

  • 5 803

Novruz Məmmədov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışdı EKSKLÜZİV

Novruz Məmmədov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışdı EKSKLÜZİV

“Bu ilin oktyabrın 30-da açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiyanı birləşdirməsindən, bir-birinə yaxınlaşdırmasından başqa böyük bir missiyası, vəzifəsi ola bilməz”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.Prezidentin köməkçisinin sözlərinə görə, ümumiyyətlə, bu illər ərzində həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr dünyanın ən uğurlu və nümunə ola biləcək işlərindən sayıla bilər: “Azərbaycan indiyədək bir neçə dünya və regional əhəmiyyətli layihələr həyata keçirib. Şərqlə-Qərbi birləşdirmək, min il bundan əvvəl mövcud olmuş Böyük İpək Yolunu bərpa etmək, Şimalla-Cənub arasında əlaqələr yaratmaq, demək olar ki, planetin bütün ölkələrini bir-birinə yaxınlaşdırmaq deməkdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri mühüm layihələrdir. Azərbaycanın işıqlı gələcəyi, firəvanlığı bax bu siyasətlə təmin olunur. Düşünürəm ki, bu yol uzun və əbədidir. Təbii ki, bu yolda hər birimiz çalışmalı və öz töhfəmizi verməliyik”.Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı bu gün Bakı şəhərində keçiriləcək.

sia.az

Digər xəbərlər