"Ermənistan parlamentində törədilən terror aktından 18 il keçib. Məhz bu terror nəticəsində Ermənistanın parlamentinin spikeri, baş naziri, bir neçə deputatı və digər rəsmi şəxsləri qətlə yetirilib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, öldürülənlər Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəlməyin lazım olduğunu bildirirdilər: "Parlamentdə baş verən qanlı hadisə haqqında danışan erməni deputat Nikol Paşinyanın sözlərinə görə, Serj Sərkisyanın rəhbərliyi dövründə bu qətli kimin təşkil etdiyinin üstü heç vaxt açılmayacaq. Çünki açılsa bəlli olacaq ki, o zaman Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin başında duran Sarkisyan nəinki baş nazir, parlamenitin spikeri və deputatların qorunmasını yetərincə təmin etməyib, əksinə ən azından bu hadisənin törədilməsində, yəni onların məhv edilməsində maraqlı olub. Çünki həmin terror aktı törədilməsəydi, Sarkisyan indi prezident postunda deyil, həbsxanada idi. O da əgər sağ qalsaydı".
sia.az